Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2019
10:25
Bu fotoda Fatih Terimin hakimə əsəbi halda nə dediyi məlum oldu-FOTO

Türkiyənin ən uğurlu məşqçilərindən olan, “cim-com”un baş məşqçisi Fatih Terim Atiker-Konyaspor oyunundan sonra hakim Mete Kalkavan yaxınlaşaraq əsəbi halda nəsə dediyi barədə yayılan fotolar böyük marağa səbəb olmuşdu. FaktXeber.com-un NTV-yə istinadla məlumatına görə, artıq söhbətin nədər getdiyi məlum olub.

Bildirilir ki, Galatasaray-ın liderlik fürsətini əldən verdiyi Atiker-Konyaspor (0:0) oyunundan sonra Fatih Terim meydana girərək hakimlə əsəbi danışmışdı. Mete Kalkavan isə onu sakitcə dinləmişdi. Hadisəni izləyən hər kəs Terimin Konya oyunu ilə bağlı nələrsə dediyini düşünmüşdü. Lakin həqiqət başqa olub.

Terimin  Kalkavana Liqanın 27-ci həftəsində idarə etdiyi Ankaragücü-Fənərbaxça oyunun xatırladıb: «Baxın, təmsilçi də burdadır. Sizi təhqir etmirəm, söymürəm, təkcə bir şey soruşacam. Ankaragücü-Fənərbaxça oyununda Dirara niyə sarı kart verməyibsiz?»

Qeyd edək ki, sözügedən hadisə Dirar ilə Pinto arasında yaşanmışdı: Kalkavan, rəqibinin ayağını tapdalayan Fənərbaxçalı oyunçuya  sarı kart göstərməmişdi.

Bu səbəbdən hakim uzun müddət tənqid olunmuşdu. 

Dirar kart görsəydi, cəzalı olacaq və ondan sonrakı həftə 1:1 nəticələnən  Galatasaray derbisində oynamayacaqdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
284

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
160

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
360

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
270

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
305

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 22:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru