Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2019
16:08
3096
İybilmə qabiliyyətinin itməsi ilə erkən ölüm arasında əlaqə aşkarlanıb

İybilmə qabiliyyətinin kəskin pisləşməsi, yaxud tamamilə itirmək yaxın 10 ildə erkən ölüm ehtimalını 50 faiz artırır. Və bu Alzqeymer kimi xəstəliyə tutulanlara deyil, məhz sağlam insanlar üçün xarakterikdir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə amerikalı alimlər Annals of Internal Medicine jurnalında məqalə dərc ediblər.

İnsan burnunda müxtəlif qoxuları müəyyən edən milyonlarla sinir hüceyrəsi var. Yaşam boyunca bu hüceyrələr mütəmadi olaraq yenilənir. Ancaq Alzqeymer kimi sinir xəstəliklərində adətən ilk növbədə qoxu neyronları məhv olur, insanlar iybilmə qabiliyytəini itirir. Bu səbəbdən alimlər uzun müddət hesab ediblər ki, iybilmənin zəifləməsi, ya tamamilə itməsi neyrogenerativ xəstəliklərin erkən əlamətlərindəndir və bununla əlaqədar diaqnoz qoyulandan sonra yaxın illərdə insanın ölüm risqi çoxdur. 

Amerikalı alimlər versiyanı yoxlamaq qərarına gəliblər. Bunun üçün onlar ABŞ-ın Milli Sağlamlıq İnstitutundan həyatı müşahidə olunan 71-82 yaş arası 2300 yaşlı amerikalı barədə məlumatları analiz ediblər. 

Alimlər iybilmənin itirilməsinin həqiqətən də yaşlı amerikalıların ölüm risqini artırdığını görüblər: qoxu qabiliyyətini itirən, ancaq ağır xəstəlikdən əziyyət çəkməyənlərdə ölüm risqi sonrakı 10 il üçün 46 faiz təşkil edib. Maraqlıdır ki, bu risq heç bir sağlamlıq problemi olmayan könüllülər üçün də yüksək olub – onların ölmə şansı 62 faizə yüksəlib.

Digər tərəfdən alimlər gözlənilmədən müəyyən ediblər ki, beyin xəstəliyi bu effekti ancaq 1/3-ni izah edir. Başqa sözlə, iybilmənin itirilməsi və erkən ölüm arasında qarşılıqlı əlaqə əsasən Alzqeymer, yaxud Parkinson xəstəlikləri ilə deyil, səhhətdə olan başqa problemlərlə əlaqədardır. Onların təbiətini və yaşlı insanların sağlamlığına təsirini isə hələ yoxlamaq lazımdır.

«Biz hələ ki, bu risqin 70 faiz nədən ibarət olduğunu bilmirik. Biz neyrodegenerativ xəstəliklərdən əziyyət çəkməyən insanların məhz hansı səbəbdən iybilməni itirdiyini öyrənməliyik. Digər tərəfdən bu faktın özü göstərir ki, qoxu qabiliyyətini itirmə sağlam insanlar üçün acı nəticələnə bilər. Başqa sözlə, iybilməni itirdiyinizi düşünürsünüzsə, dərhal həkimə müraciət edin», - deyə alimlər nəşrdə bildirirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2540

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2363

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1787

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1498

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
459

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
260

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1192
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 04:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru