Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2019
12:36
1185
Siyasətçi və təhsil ekspertindən din tədrisi barədə AÇIQLAMA

Ötən gün QMİ-nin Qazılar Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı orta və ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərslərin keçiriləcəyini açıqlayıb. Komitə sədri artıq dərsliklərin hazır olduğunu bildirib. Xəbər yayılandan bir neçə dəqiqə sonra Təhsil Nazirliyi məsələyə aydınlıq gətirərək orta məktəblərdə ayrıca dini fənnin keçirilməsinin nəzərdə tutulmadığını, yalnız 4-8-ci sinif şagirdlərinə tədris edilən “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatların genişləndiriləcəyini açıqladı.

Maraqlıdır ki, dinin tədrisi haqda xəbər mətbuatda və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi vətəndaşlar dünyəvi dövlətdə dini təhsilin tədris olunmasını yanlış olduğunu bildirsələr də, digərləri əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu dövlətdə dini dərslərin keçirilməsini vacib hesab edir. 

Mövzu ilə əlaqədar Faktxeber.com-a açıqlama verən Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli müsəlman ölkələrinin əksəriyyətində İslam dininin və Quranın tədris olunduğunu bildirdi: “Sadəcə olaraq bir sıra tendensiyaılar var ki, onlarla razılaşmaq çətindir. Bəzi ali təhsil müəssisələrində dini elmlərin tədris edilməsi nəticəsində bir sıra qütblər bundan öz xeyirlərinə istifadə edirlər. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti Əhli-beyt əqidəsinə bağlı insanlardır, gələcəkdə bu dini təhsilin insanların dünya görüşündə hansı çaşqınlığı yaradacağı müəmmalıdır”.

Müsahibmiz nurçuluq adlandırılan təriqətin qonşu Türkiyədə törətdiyi fəsadlara toxunaraq, dini təhsil proqramının hansı əsaslarla hazırlanacağını, müəllimlərin seçilməsi zamanı onların İslam dininin fundamental əsaslarına nə qədər cavab verəcəyini əsas narahatedici məqam olduğunu xatırlatdı: “Hesab edirik ki, cəmiyyətdə parçalanmalar və çaşqınlıq yaradılmamalıdır. Təhsil müəssisələrində dini tədrisin verilməsi nə qədər vacibdirsə, onun kimlər tərəfindən keçirilməsi də olduqca həssas məqamdır. Şübhəsiz ki, din alimlərin məsləhətlərinə müraciət edilməsi mütləqdir”.

Təhsil eksperti Etibar Əliyev isə hesab edir ki, dini bilikləri əlavə etməklə  dövlət  multikulturalizm proqramını genişləndirməyi düşünür: “Buraya dini materialların əlavə edilməsi nəzərdə tutulur, amma dini təhsilin ayrıca fənd kimi tədrisi indiki halda yolverilməzdir. Türkiyədə də belə fənin adı “Din kültürü və əxlaq bilgisi” adlandırılır. Əgər mümkün olsa, dinin fəlsəfəsi tədris olunmalıdır. Ölkədə İslam dinini öyrədən Universitetlər olduğu halda, yenidən dinin orta məktəblərə tədrisinə nə qədər ehtiyac var?! Mütəxəssislər düşünməlidirlər, şagirdlərdə dini biliklərin rassional olaraq formalaşması hansı istiqamətdə olmalıdır. Dinin “Həyat bilgisi” kitabı çərçivəsində inteqrativ formada tədrisi uşaqlarda rasional dünya görüşünün formalaşması, dinlər arasında süni ədavətin aradan qaldırılmasına xidmət edə bilər”.

Məqalədə : Dini təhsil Akif Heydərli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
193

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1072

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
258

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
407
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 05:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru