
Son vaxtlar Azərbaycanda yeniyetmələrin itkin düşməsi və bir neçə gündən sonra tapılması faktlarına tez-tez rast gəlirik. Bu hal bir müddət əvvəl Qərb mətbuatının həyəcan təbili çaldığı “48-Hour Challenge” oyununun Azərbaycana gəlib çıxdığını düşünməyə əsas verir.
İnternetdə yeniyetmə uşaqları evdən qaçmağa və bir neçə gün valideynlərindən gizlənməyə sövq edən yeni təhlükəli oyun peyda olub. Belə təhlükəli fləşmob sosial şəbəkələrdə “48-Hour Challenge” (“48-saatlıq çağırış” və ya “48 saatlıq yoxa çıx”) adı altında təşkil olunub.
Oyunun qaydalarına görə iştirakçı valideynlərinin onu axtarışa verməsi üçün mobil telefonu söndürməli və iki sutka yoxa çıxmalıdır. Əgər sosial şəbəkədə və KİV-də iştirakçının itkin düşməsilə bağlı məlumatlar yer alarsa, onun hesabına bal yazılır.
Yarışın qaydalarına görə ən yüksək balları valideynləri onların axtarışı ilə bağlı sosial şəbəkələrdə həyəcan təbili çalan, adı sosial şəbəkədə daha çox hallanan yeniyetmələr alır.
Artıq bir çox ölkələrdə hüquq-mühafizə orqanları tərəfindən valideynlərə və uşaqlara bu təhlükəli oyun barədə xəbərdarlıq edilib. Valideynlərə uşaqlarına daha çox diqqət ayırmağı, onlarla söhbət etmək və tez-tez mobil telefonunu yoxlamaq məsləhət görülür.
Bizdə isə bu yeniyetmələrin evdən qaçma halları çoxalsa da, bu təhlükə barədə hələ heç bir addım atılmayıb.
Elə götürək sonuncu dəfə sosial şəbəkələrdə axtarışa verilən və 2 gün sonra tapilan 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevanı. Aydan məktəbdə də, evdə də sözəbaxan, tərbiyəli və dərslərində müvəffəqiyyət qazanmış nümunəvi uşaq kimi tanınır. Bu keyfiyyətləriərinə baxmayaraq evdən qaçdı və bu hərəkətilə hər kəsi şoka salmışdı. Aydan tapıldıqdan sonra “Formula 1” oyunlarını izləmək məqsədilə evdən qaçdığını, daha sonra isə anasından qorxduğu üçün evə qayıtmaq istəmədiyini deyir.
Aprelin 18-də itkin düşmüş 15 yaşlı Ramana qəsəbə sakini Məmmədrzayeva Nərmin Rizvan qızı evi tərk edir və 1 həftə ondan xəbər alan bilməyiblər. Yalnız itkin düşməsi barədə xəbər aprelin 25-də sosial şəbəkələrdə yayıldıqdan sonra, elə həmin gün tapılır. Nərmin polislərə bildirib ki, 11 yaşından atalığı tərəfindən sistematik şəkildə cinsi zorakılığa məruz qalır və daha bu rəzalətə dözə bilmədiyindən evdən qaçıb.
Belə nümunələri artıra bilərik, lakin məqsədimiz diqqətləri statistikaya deyil, müvafiq qurumları və valideynləri, eləcə də uşaqları bu təhlükəli oyun barədə məlumatlandırmaqdır.
Uşaqlarımızı bu təhlükədən qoruyaq! (Baku.ws)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 03-06-2020 17:09 Əbülfəs Qarayevin topdağıtmaz biznesi - SİYAHI
- 01-06-2020 10:32 İsrail bölgədə antisemit siyasətini davam etdirir
- 18-05-2020 13:11 Bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə Qüdsdən başlanır
- 31-01-2020 15:13 Analitik: Bütün ölkələr Fəlsətin məsələsində Tramp kimi tərəf seçməyə məcbur olacaqlar
- 29-01-2020 11:17 Dünyanın gözü qarşısında bir dövlət məhv edilir
- 25-01-2020 14:20 Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?
- 07-12-2019 11:23 İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
- 18-10-2019 15:39 Eyyyy... Növbədə nə var? - ANALİZ
- 16-10-2019 15:39 Gülümsəyin bəylər...
- 20-09-2019 16:42 ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müharibəsini də uduzur
- 18-09-2019 11:40 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 14:39 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 27-08-2019 10:47 Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
- 05-07-2019 10:23 BƏƏ hər yerdə itirə-itirə gedir - Analiz
- 23-06-2019 13:48 İmamoğlunun qələbəsi və Amerikanın istəkləri
- 21-06-2019 16:25 Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu
- 19-06-2019 14:36 Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?
- 12-06-2019 12:41 Fazil Məmmədovun velosiped biznesi batır
- 31-05-2019 09:06 Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
- 29-05-2019 10:07 TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...
- 22-05-2019 14:56 "Tupoy"a görə danışanlar, "it balası"na görə susurlar - VİDEO
- 21-05-2019 13:36 "Vaşinqton Post": İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ
- 02-05-2019 15:38 Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?
- 01-05-2019 09:54 Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT
- 30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi