Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2019
21:37
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Yasamalda qadınların çantalarını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən. əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev saxlanılıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək həmin şəxsin içərisində 200 manat olan əl çantasının aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində tərətdiyi cinayəti etiraf edib.

Faktla bağlı 29-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 29-cu PŞ-nə müraciət edə bilərlər.

Məqalədə : Yasamal qsoyğunçuluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43835

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42125

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43792

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43198

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48738

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43186

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43601
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 22:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru