Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2019
15:40
629
Yerdəyişmə etmək istəyən müəllimlərin diqqətinə
Əvvəlki nəticələr nəzərə alınacaq

Cari tədris ilində müəllimlərin yerdəyişməsi müsabiqəsi zamanı əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərilən nəticələr nəzərə alınacaq.

FaktXeber.com-un məlumatına görə, müəllimlərin yerdəyişməsi müsabiqəsinin iyun ayında  keçirilməsi nəzərdə tutulur.

Bu il ötən illərlə müqayisədə, müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişikliklərin edilməsi planlaşdırılmır. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.

Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytında onlayn qeydiyyatdan  keçməlidirlər.

Qeyd edək ki, ümumtəhsil məktəblərində müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Məqalədə : müəllim yerdəyişmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
24

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
28

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
41

Everestin hündürlüyü yenidən ölçüləcək

15

Oktyabr
11:32
ELM / TƏHSİL
41

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

15

Oktyabr
11:14
ELM / TƏHSİL
670

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

15

Oktyabr
11:07
HÜQUQ,HADİSƏ
25
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 15:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru