Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2019
15:09
7288
Fars Körfəzində yeni böhran: BƏƏ və Mərakeş yola getmir

Körfəz böhranında tərəfsiz qalmağı üstün tutan Mərakeşlə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında uzun müddətdir davam edən böhran yaşanır. İki ölkə arasında münasibətlər 2017-ci ildən pozulub. Mərakeşin XİN rəhbəri Nasir Buritanın bu ay həyata keçirdiyi Körfəz turu çərçivəsində BƏƏ-yə getməməsi ölkələr arasındakı gərginliyi bir daha təsdiq edib.

Tərəflər arasında ilk narazılıq BƏƏ-nin bu ölkədəki səfiri Əli Səlim əl-Kabinin Abu Dabidən gələn təcili tələb əsasında ölkəsinə qayıtması ilə başlayıb. Mərakeş hökumətinin sözçüsü Mustafa əl-Həlfi paytaxt Rabatda dünən keçirdiyi həftəlik mətbuat konfransında BƏƏ səfiri ilə bağlı suala, "Bu barədə şərhim yoxdur",-deyə cavab verib.

Ekspertlər hesab edir ki, Rabat və Abu Dabi arasında aylardır səssiz gərginlik davam edir. İki ölkə arasında fikir ayrılığına səbəb Mərakeşin Liviyada sabitliyi təmin etmək məqsədilə həyata keçirdiyi "Suheyrat Müqaviləsi"nin BƏƏ tərəfindən ləğv edilməsi istiqamətində cəhdləridir.

Qeyd edək ki, siyasi rəqabətlə yanaşı silahlı qarşıdurmaların da davam etdiyi Liviyada sabitliyin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının liderliyi ilə başlanılan sülh danışıqları nəticəsində Tripoli və Tobruk 17 dekabr 2015-ci ildə Mərakeşin Suheyrat şəhərində Liviya siyasi sazişini imzalayıb. Razılaşmanın tələbinə uyğun olaraq Fayiz Siracın rəhbərliyi ilə qurulan Milli Koalisiya Hökuməti Tobruk məclisi tərəfindən veto edilib. Hökumət üçün aprelin 4-də səkkizinci dəfə keçirilən etimad səsverməsi də nəticə verməyib.

Liviyadakı General Xəlifə Həftərin Tripoliyə təşkil etdiyi hücuma birbaşa dəstək vermək və legitim hökumətin hərbi yolla devrilməsinə yönəlik siyasət Mərakeşin bölgədə sabitlik səylərinin "arxadan bıçaqlanması" mənasını verir. Liviyada qanuni hökumətə qarşı döyüşən "Liviya Milli Ordusu"nun əsas dəstəkçisi isə ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ-dir.

Mərakeş Krallığı Körfəz ölkələri arasında müstəqil siyasət yürütmək niyyətindədir. Mərakeş Donald Trampın İsrail-Fələstin sülh planı olaraq nəzərdə tutduğu "Əsrin Müqaviləsi" mövzusunda da BƏƏ və Səudiyyə Ərəbistanı ilə fərqli fikirləri bölüşür. Məhz bu səbəbdən iki ölkə münasibətlərdə hər hansı yumşalma ehtimalı yoxdur və BƏƏ-Mərakeş böhranın qarşıdakı günlərdə daha da dərinləşcəyindən xəbər verir.

FaktXəbər

Məqalədə : Mərakeş-BƏƏ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
106

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
179

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
330

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
282

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
103

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
74

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
105

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
82
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 05:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru