Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2019
19:01
899
XİN-nin Keşikçi Dağı məbədi ilə bağlı AÇIQLAMASI

Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi Dağı Məbəd-Kompleksinə girişin məhdudlaşdırılması ilə bağlı Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib. 

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva açıqlamasında deyib ki, Keşikçi Dağı (David Qareci) Məbəd-Kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. 

"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır", - o qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

SOCAR yeni istiqrazlar buraxacaq

17

Oktyabr
11:19
İQTİSADİYYAT
20

Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz

17

Oktyabr
11:07
AİLƏ, SAĞLAMLIQ
23

Ərbəin ziyarəti möminlik nişanəsidir

17

Oktyabr
10:09
MƏNƏVİYYAT
162

Xarici valyutaların manata qarşı məzənnələri

17

Oktyabr
09:56
İQTİSADİYYAT
39

Bakıda qardaş qardaşı bıçaqlayıb

17

Oktyabr
09:05
HÜQUQ,HADİSƏ
60
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 11:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru