Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2019
18:50
1983
DYP “Formula 1”lə bağlı sürücü və piyadalara müraciət edib

Dövlət Yol Polisi (DYP) “Formula 1” SOCAR Azərbaycan Qran-prisi ilə bağlı sürücü və piyadalara müraciət edib. 

Daxili İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, “Formula 1” SOCAR Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib. Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.

Alternativ küçələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bunun nəticəsidir ki, şəhərin mərkəzi küçələrində əksər saatlarda hərəkətin sıxlığı müşahidə edilmir, piyadaların maneəsiz yolu keçməsi yol polisləri tərəfindən təmin olunur.

Sutkanın pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşını almaq, piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol patrul xidməti əməkdaşlarının sayı artırılır. Sürücü və piyadalardan hərəkətdə olan zaman onların təhlükəsizliyini təmin etmək məqsədilə yol patrul xidməti əməkdaşlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur. 

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
33

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
1268

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1721

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1030

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2162

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2860

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
136
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 09:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru