Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2019
10:38
448
Üzünü it parçalayan uşağın atası danışdı

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun vəziyyəti yaxşılaşır.

Bunu Trend-ə uşağın atası Qismət Məmişov deyib.

Onun sözlərinə görə uşaq özünü yaxşı hiss edir:

“Uşağın vəziyyəti yaxşıdır. Lakin həkim sabah, birigün nə olacağı ilə bağlı zəmanət vermir. 40 gün gözləmək lazımdır. Oğlumun üzünü əməliyyat etdilər, lakin mənə onun can sağlığı lazımdır. İndi özünü yaxşı hiss edir. Xəstəxanadan nə vaxt çıxacağı isə hələlik bəlli deyil”.

Xatırladaq ki, Sulutəpədə yaşadığı evin həyətində sahibsiz itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi əməliyyat edilib.

Məqalədə : İt dişləmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha 38 dərəcə isti proqnozu

20

İyun
13:23
ÖLKƏ
1532
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 15:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru