Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
10:10
3674
10 mindən çox kredit borcu olanlara güzəşt ediləcəkmi?

Xəbər verdiyimiz kimi bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır.

İqtisadçı ekspert Vüqar Bayramov kredit ödənişləri ilə bağlı hələ də bir sıra məsələnin aydınlaşdırılmasına ehtiyac olduğunu bildirir. Ekspert adını siyahıda tapmayanların, apelyasiya komissiyasında mənfi cavab alan vətəndaşların, cəriməsi olan vətəndaşların, 10 min dollardan artıq kreditə girən vətəndaşlara oluna biləcək güzəştlərin və kompensasiyaların nə zamana qədər veriləcəyi haqda sualları hissə-hissə qeyd edərək onların həlli yollarına toxunub.

Faktxeber.com oxucularına yazını təqdim edir.

1. Əvvəl adı siyahıda olan və adlarını aprelin 15-i elan olunan siyahıda tapmayanlar nə etməlidirlər?

Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşlarımız Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. Bu hal ilə rastlaşan vətəndaşlarımız palatanın yanında formalaşdırılan apelyasiya komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsi üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraciətə baxıb, cavablandırmalıdır.

2. Kompensasiya almaq hüququ olduğunu iddia edən amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımız nə etməlidirlər?

Belə vətəndaşlarımız da eyni ilə apelyasiya komissiyasına müraciət etməlidirlər.

3. Əgər apelyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə o zaman növbəti addım nə ola bilər?

Bu halda Azərbaycan qanunvericiliyinə uyğun olaraq belə vətəndaşlarımız məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.

4. Güzəştlər kompensasiya məbləğindən çıxılır, hesablanmış və artıq ödənilmiş faiz və cərimələr nəzər alınacaqmı?

Qaydalara əsasən bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil. Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbləğindən azaldılır. Təssəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4800 manat kompensasiya hesablanıb amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədiyi cərimə və faizlər nəzərə alınmır. Bu o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə alınmır. Bu baxımdan da, bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənizmlənməsi məqsədəuyğundur.

5. 10 min dollardan artıq olan kreditlərə kompensasiya veriləcəkmi?

Biz 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təkliflərimizi martın əvvələrində hökumətə təqdim etmişik və ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik.

6. Bəzi avtomobil kreditlərində kredit bir şəxsin adınadır amma borcu digəri, yəni avtomobili alan ödəyib, bu halda kompensasiya necə ödəniləcək?

Bizə olan müraciətlər göstərir ki, belə halların da sayı az deyil. Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədiyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər.

7. Kompensasiyaların verilməsi nə zamanadək davam edəcək?

Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də, məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlarımız və o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar.

Məqalədə : kredit borcları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1706

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1011

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2154

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2802

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
125

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
826

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4170

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
103
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 01:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru