Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2019
13:51
3397
Şri-Lankada fövqəladə vəziyyət elan olundu: 185 ölü, 500 yaralı - FOTO-VİDEO (YENİLƏNİB)

Şri-Lankada dalbadal törədilmiş 8 terror aktından sonra “WhatsApp”, “Viber” və “Facebook” kimi messencer və sosial şəbəkələr bağlanıb.

Qeyd olunur ki, ən azı iki terror aktı kamikadzelər tərəfindən törədilib.

Ölkədə saat 18:00-dan başlayaraq səhər saat 6:00-a qədər komendant saatı tətbiq olunub, fövqəladə vəziyyət elan olunub.

12.51

Yerli mətbuat yazır ki, paytaxt yaxınlığında 7-ci partlayış baş verib. 

Polisin rəsmi açıqlamasında görə hadisə nəticəsində 156 nəfər ölüb. Mətbuat isə bu rəqəmin 185 olduğunu qeyd edir. Yaralıların sayı isə 500-dən çoxdur.

12.35

2018-ci ildə Şri-Lankada müsəlmanlar və buddistlər arasında toqquşma baş verib. Bu, ölkədə fövqəladə vəziyyət rejimini tətbiq olunmasına səbəb olmuşdu. Adanın əhalisinin əsas kütləsi - təxminən 75% buddizmə etiqad edir. Müsəlmanlar 10% təşkil edir. Vətəndaşların 13%-i isə induizm ardıcıllarıdır.

Xatırladaq ki, təxminən 26 ildir Şri-Lankada hakimiyyət və "Tamil azadlıq Pələngləri" üsyançı qruplaşması arasında qanlı münaqişə davam edir. BMT-nin məlumatına görə, münaqişə dövründə 100 mindən artıq insan həlak olub. 2009-cu ildə Şri-Lankanın güc strukturları bildiriblər ki, "pələnglər" üzərində qələbə qazanıblar.

10.51 

Şri-Lankada kilsə və oteldə Pasxa bayramanını keçirilməsi zamanı törədilən partlayışlar nəticəsində 52 nəfər dünyasını dəyişib.

FaktXəbər-in AFP-yə istinadən məlumatına görə, 42 nəfər Kolombo şəhərində, 10 əfər isə Battikalovda ölüb. Xəstəxanalardakı mənbə isə ölənlərin sayının 156 olduğunu bildirir.

Ümumilikdə 6 partlayış baş verib. Onlardan üçü Kolombodakı oteldə, biri isə kilsədə baş verib. Digər 2 partlayış isə Battikalovdakı kilsədə qeydə alınıb.

Polis rəsmisi bildirib ki, hadisə zamanı 35 turist ölüb.

Hadisələr zamanı 280 nəfərin yaralandığı bildirilir.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Məqalədə : Şri-Lanka 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1280

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
113

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
63
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 18:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru