Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2019
10:20
851
AİP Azərbaycan xalqını təbrik edib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev İmam Mehdi Sahib əz-Zaman (ə.f) mövludu münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Bu gün dünya müsəlmanlarının böyük bayramı- on ikinci imamımız İmam Mehdi Sahib əz-Zamanın (ə.f) mövludu günüdür. Bu əlamətdar və əzəmətli bayram münasibətilə başda vəliyi-fəqih, mərceyi-təqlid, dünya müsəlmanlarının dəyərli lideri Seyid Əli Xameneyi cənabları olmaqla dünyanın tərəqqisevən şəhidpərvər müsəlmanlarını və gələcəyə böyük ümidi olan əziz Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.

İmam Mehdi (ə.f) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şəban ayının 15-də Samira şəhərində müsəlmanların on birinci imamı Həsən Əsgəri (ə)-ın ailəsində dünyaya gəlib. İmam Həsən (ə) şəhadətə yetişəndə o Həzrətin (ə.f) beş yaşı tamam idi. Atasının meyit namazını Özü qıldı.

Bundan sonra isə İmamın (ə.f) qeyb dövrü başlayıb. Allah təalanın ən böyük möcuzələrindən biri də məhz İmam Mehdinin (ə.f) günümüzə qədər qeybdə ömür sürməsidir. Müqəddəs Qurani-Kərimdə vəd edildiyi kimi, İmamın nə zaman zühur edəcəyi heç kəsə bəlli deyil.

Hədislərdən birində əziz İslam Peyğəmbəri (s) belə buyurur: “Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.”

Bu özlüyündə İslam dinində və müsəlman dünyasında intizar mədəniyyətinin əsasını qoydu. İslamda intizar fəlsəfəsi mahiyyəti etibarı ilə haqqın dirçəlişi və batilin məhvi kimi dərin bir məntiqə bağlıdır ki, buna bütün peyğəmbərlər iman gətirib və hikmətli kəlamlarındatəsdiq edilər.

İntizar mədəniyyəti müsəlman xalqımızın da mənəviyyatına həyat tərzinə və şüuruna hopmuşdur. Əhli-beyt (ə) əqidəsinə görə dünya, bəşəriyyət haqqa, ədalətə hamilədir. Düşünürük və əminik ki, müsəlmanlara, zəif dövlət və xalqlara zülmün, təcavüzün sonu olmalıdır, həm də bu son yetişməkdədir. İstilaçılıq, qəsbkarlıq, o cümlədən öz xalqına zülm siyasəti yürüdən hökmdarlar Yaradanın hikmətindən və cəzasından yan keçə bilməyəcəklər. Allahdan bu fərəc intizarımızı tezləşdirməyi diləyir, Sizləri bir daha əlamətdar gün, əzəmətli mövlud bayramı münasibətilə bir daha təbrik edir, hər kəsə bu zühurun şahidliyini arzulayırıq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1293
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 19:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru