Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2019
19:01
732
Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub

Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub. 

FaktXəbər-in məlumatına görə, tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani, İranın Azərbaycandakı səfiri Cavad Cavadzadə və digər rəsmilər iştirak ediblər.

Mərkəzin rəhbəri Hüseyn Pirmüəzzin jurnalistlərə açıqlamasında bildirib ki, mərkəz Azərbaycanda fəaliyyət göstərmək istəyən iranlı sahibkarların işlərinin koordinasiyasında köməklik göstərəcək. 

Onun sözlərinə görə, bu mərkəz iki ölkə arasında ticari əlaqələrin inkişafına müsbət töhfə verəcək: "Mərkəz sahibkarların problemlərinin həllinə dəstək verməyə hazırdır. Biz onları lazımi informasiya ilə təmin edəcəyik". 

Xatırladaq ki, 2018-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74 faiz artıb. Eləcə də bu ilin ilk iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 4 dəfə yüksəlib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
2

Bakıda avtobus avtomobillə toqquşdu - VİDEO

21

May
09:52
HÜQUQ,HADİSƏ
1568

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
1743

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
73
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 11:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru