Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2019
16:37
340
Vətəndaşların işi daha da ASANlaşacaq

“Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli Fərmanında göstərilmiş tapşırıqların icrasına uyğun olaraq, “ASAN xidmət” hazırda mövcud olan “egov” (elektron ökumət) əvəzinə “mygov” (mənim hökumətim) yeni konseptual platformanı istifadəyə verir.

FaktXeber.com xəbər verir ki, “Egov” platformasının modernləşdirilməsi əhaliyə xidmət üzrə hazırkı sistemin yenidən format edilməsilə onun daha məhsuldar olmasına imkan yaradır. Belə ki, “egov” platforması və “ASAN xidmət”in özü “re-active” prinsipi üzrə fəaliyyət göstərir, yəni xidmətlərin göstərilməsi vətəndaşın öz tələbatlarından asılı olaraq etdiyi müraciət əsasında başlayır. Öz növbəsində, “pro-active” prinsipi üzrə fəaliyyət göstərməklə “mygov” platforması innovativ yanaşma təqdim edir. Yəni vətəndaşın müraciəti olmadan ona bu və ya digər xidmətin göstərilməsinin vacibliyi barədə bildiriş göndərilir. Bununla da, “mygov” platforması qabaqlayıcı dövlət prinsipi üzrə fəaliyyət göstərməklə hər bir vətəndaşın bu və ya digər xidmətə olan təlabatını analiz edir və qabaqcadan onu bu barədə məlumatdıraraq, həmin xidmətlə birbaşa təmin edir. 

Məsələn, şəxsiyyət vəsiqələrinin, sürücülük vəsiqələrinin, etibarnamələrin və başqa sənədlərin istifadə müddətinin bitməsi barədə vətəndaşlara bildiriş göndəriləcək. 

Hazırda sözügedən portalın istifadəyə verilməsi üzrə həyata keçirilən son texniki işlər başa çatmaqdadır. İlkin mərhələdə “mygov” portalı vasitəsilə əhali arasında daha çox populyar olan 27 dövlət elektron xidməti, eləcə də, 7 bildiriş xidməti təqdim ediləcək. 

Məsələn, sənədlərin istifadə müddətinin bitməsi, uşaqlara peyvənd vurulması, vətəndaşa qarşı məhkəmə icraatının başladılması barədə xəbərdarlıqlar, dövlət orqanlarına müraciət, pensiya və sığortalar haqqında informasiya-axtarış sistemləri, miqrantlar barədə, rabitə xidmələri haqqında məlumatlar, diplomlar barədə məlumatlar, nikah qeydiyyatı xidmətləri, cərimələr, iş və yaşayış yerlərindən arayışlar, vətəndaşın hərbi xidmət keçməsi barədə arayış, “AsanPay” sistemi ilə göstərilən bütün ödənişli elektron xidmətlər və s. bura aiddir. 

“Mygov” portalının istifadəyə verilməsi vətəndaşla məmur arasında birbaşa əlaqənin aradan qalxmasına imkan verəcək, şəffaflıq prinsipinə riayət olunmasını təşviq edəcək, onlayn xidmətlərin siyahısını genişləndirəcək, hər bir konkret xidmətə görə vətəndaşın sərf etdiyi vaxtı və maliyyəni minimuma endirəcək. 

Həmçinin, “mygov” platformasında əhalinin məlumat bazasının təhlükəsizliyinə xüsusi diqqət ayrılacaq, bu və ya digər şəxs barəsində informasiyanın üçüncü tərəfə təqdim edilməsi yalnız həmin şəxsin öz icazəsi ilə mümkün olacaq. 

“Mygov” portalı həm internet versiyada, həm də mobil tətbiqetmə formasında hər kəs üçün əlçatan olacaq. Portalda hər vətəndaşın özünün ayrıca “şəxsi kabineti” olacaq və oradan istədiyi xidməti əldə edə biləcək. “Mygov” portalındakı “şəxsi kabinet”dən məhdud fiziki imkanlı şəxslər də asanlıqla istifadə edə biləcəklər. 

Məqalədə : ASAN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus avtomobillə toqquşdu - VİDEO

21

May
09:52
HÜQUQ,HADİSƏ
1556

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
1733

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
69

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
43

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
108
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 10:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru