Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2019
08:51
319
Bakının Baş planı nə vaxt hazır olacaq?

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanmasının ikinci mərhələsinə bu ilin mayında başlayacaq.

FaktXəbər bildirir ki, bunu Trend-ə Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud deyib.

O qeyd edib ki, bu proses növbəti 18 ayı əhatə edəcək:

"Biz bu müddət ərzində şəhərin Baş planını tam hazırlamağı nəzərdə tutmuşuq ki, paytaxtın inkişaf konsepsiyası çərçivəsində müəyyən olunan tapşırıqların reallaşdırılmasına başlayaq".

Qeyd edək ki, Bakı şəhərinin Baş planını Almaniyanın AS+P şirkəti hazırlayacaq. Bu şirkət 2018-ci ilin sonunda keçirilmiş tenderin qalibi olub.

Baş planın 2020-ci ilin sonunadək tam hazırlanıb hökumətə təqdim olunması gözlənilir. Qanunvericiliyə əsasən, Baş plan şəhər daxilində mövcud olan ərazilərdən istifadə normalarını müəyyənləşdirir və növbəti 20 il ərzində bütün strukturların bu müddəalara əməl etməsini nəzərdə tutur.

Məqalədə : Bakının baş planı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1277

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
113

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
63
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 18:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru