Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2019
14:05
Qaraçuxur qəsəbəsindəki Neftçilər parkının yeni görüntüləri - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

FaktXəbər-in Prezidentin rəsmi saytına istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə məlumat veriblər.

Qeyd edilib ki, bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq “Stella” quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, “Veteranlar guşəsi” və iaşə obyektləri yenilənib.

Məqalədə : Neftçilər parkı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61400

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59155

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60853

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60479

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66031

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60313

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60539
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 21:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru