Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
14:52
Azərbaycan və Belarus Türkiyədə traktor istehsal edəcək

Türkiyənin Kırıkkale şəhərində Belarus traktorları istehal edəcək zavodun tikintisi başa çatmaq üzrədir. Müəssisə iyul ayında istismara veriləcək.

Minsk traktorlarının yığılacağı zavod Azərbaycanın Gəncə avtomobil zavodunun dəstəyi ilə inşa olunur.

Məlumatda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin uzun illər Minsk traktor zavodu ilə əməkdaşlıq etməsi vurğulanır. Türkiyə bazarı üçün xüsusi olaraq Avro-4 ekoloji standartına cavab verən “BELARUS-1221” modeli istehsalı olunacaq.

Bu barədə Minsk Traktor Zavodunun baş direktoru Fyodor Domotenko jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin sıx əlaqələrinin olması hesabına təkcə zavodun bir korpusunun tikintisində bir milyon dollara yaxın vəsaitə qənaət ediblər.

“Türkiyə ilə bu sxemlə əməkdaşlıq Belarus üçün faydalıdır. MTZ bundan sonra da Gəncəyə maşın komplektləri tədarük etməyə davam edəcək, artıq daha böyük həcmlərdə. Zavod onların üzərində işləyib, yekun yığım üçün Kırıkkaleyə göndərəcək”, - deyə Domotenko bildirib.

Kırıkkalede aparılan işlərin nəticəsi ilə tanış olmaq üçün Kırıkkaleyə Belarus, Azərbaycan və Türkiyənin nümayəndə heyətləri gəlib.

Belarus baş nazirinin müavini İqor Lyaşenkonun bildirdiyinə görə, Kırıkkaledəki zavodun istehsalat gücü üç min ədəd traktor yığmağa imkan verəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4994

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3398

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2702

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2243
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 21:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru