Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
10:52
Fransa silahı ilə Yəməndə qətliam

Fransa rəhbərliyinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satdığı silahlarla Yəməndə müxtəlif dövrlərdə qətliamlar baş verib. FaktXəbər bildirir ki, bu barədə "Radio France" və "Disclose" internet portalı məlumat yayıb.

Bildirilir ki, Müdafiə Nazirliyin nəzdindəki Hərbi Kəşfiyyat Şöbəsinə aid 25 sentyabr 2018-ci il tarixli məxfi sənədlərdə bundan bəhs edilir. Fransa istehsalı olan 48 "Caesar" topu 2016-cı ilin martından 2018-ci ilin dekabrına qədər müddətdə Yəmənə təşkil olunan 52 hücumda istifadə edilib. Nəticədə 35 mülki vətəndaş həyatını itirib.
 
Bundan əlavə Yəməndə baş verən dinc vətəndaş qətliamı 70 Fransa qırıcısı və Parisin 1990-cı illərdə BƏƏ-yə satdığı döyüş tankı vasitəsilə reallaşır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəmənin bombalanması zamanı istifadə etdiyi döyüş təyyarələri Fransanın "Thales" şirkətinin texnologiyası ilə təchiz edilib.

Fransa dövləti Səudiyyə Ərəbistanına silah satmağa davam etdirir və 2023-cü ilə qədər bu ölkəni 147 döyüş topu ilə təchiz etməyi planlaşdırır.

Məqalədə : Yəmn 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
210

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
221

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 00:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru