Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2019
14:57
498
Ayətullah Xamenei: Bir çox ərəb liderləri kafirlərin nökəri olub

İranın paytaxtı Tehranda təşkil olunan Beynəlxalq Quran Müsabiqəsinə qatılan iştirakçılarla görüşən Ali Lider Ayətullah Seyid Əli Xamenei çıxışında Qurani-Kərimin əhəmiyyətinə toxunub. FaktXəbər İran mediasına istinadən bildirir ki, Ayətullah Xameneyi, "heç şübhəsiz, Qurani-Kərim insanın səadət və xoşbəxtliyini hədəfləyən bir kitabdır. Quran yalnız axirət üçün deyil, eyni zamanda dünya üçün də xoşbəxtlik bildirir", - deyə qeyd edib.

Qurani-Kərimin həyatda praktik şəkildə həyata keçirilməsi lazım olduğunu vurğulayan Ali Lider "Fəth" surəsinin 29-ci ayəsini xatırladaraq belə deyib:

"İslam ümməti arasında Quranın tətbiq olunmaması bir və ya iki nümunə ilə məhdud deyil. Quran müsəlmanlar üçün, "Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar" tövsiyə edir. Bəzilərimiz "kafirlərə qarşı sərt" məsələsini unudur və bir kənara qoyuruq. Məsələn, İslam ölkələrində ABŞ və sionistlərlə əməkdaşlıq edənlər Fələstində tökülən qanı heçə sayaraq onların hüquqlarını məhv etdilər. Bu adamlar "kafirlərə qarşı sərt" məsələsini unudub kafirlərin nökəri olublar. Hazırda bir çox Ərəb lideri bu yolla gedir".

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
91

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1789

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
539

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1636

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1765

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2008

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1306

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
824
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 06:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru