Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2019
11:51
5569
Sosioloqdan uşaq intharlarına çıxış yolu

Cavid İmamoğlu / sosioloq


Uşaqlara qarşı qəddar (zorakı) davranış – sosial epidemiyadır və nəticələri acınacaqlıdır, uşaq ölümü daxil.

Niyə sosial epidemiya? Çünki, təkcə zədə alan uşağa tibbi dəstək və ya zorakılıq edən tərəfi məsuliyyətə cəlb etmək ilə bu problemin qarşısını almaq mümkün deyil. Burada mütləq adət və ənənələr, icma daxili qaydalar və ən yüksək səviyyə (nazirlik, hökumət və s) belə nəzərə alınmalıdır.

Uşaqlara qarşı qəddar münasibətlə mübarizə üçün kompleks yanaşma ortalığa qoymaq lazımdır. Cəmiyyətin müxtəlif təsisatları mövqeyini bildirməlidir. Biz bu problemi aradan qaldırmaq üçün ən azından bu 3 istiqamətə diqqət ayırmalıyıq:

- Qarşısı alınma tədbirləri: Uşaqlara qarşı zorakılığa şərait yaradan bütün risklər müəyyənləşdirilməlidir.

- Hesabat vermə və cavabdehlik: Uşaqlarımızın təhsil və tərbiyə aldığı bütün müəssisələrdə uşaq müdafiəsi üzrə hesabat vermə və cavab tədbirləri prosedurları tətbiq edilməlidir.

- Fəaliyyət: Baş vermiş hadisənin kəskin nəticələrinin dərhal aradan qaldırılması üçün çox-profilli komanda şəklində müdaxilə edilməlidir.

Nəticə etibarı ilə:

- Ölkədə uşaq müdafiəsinin təşkili üçün vahid mexanizm formalaşmadırılmalıdır. 

- Sahədə işləyən mütəxəssislərə dəstək olunmalıdır. Məsələn, məktəb psixoloqu hər hansısa bir zorakılığı qorxmadan aidiyyəti qurumlara bildirməsi üçün cəmiyyətin (bütün mütəxəssis və ictimaiyyətin, aidiyyəti qurumların) onun arxasında olduğunu hiss etməlidir.

- Uşaqların fikirləri və düşüncələri nəzərə alınmalıdır. Biz uşaqları dinləməliyik. Onlar təhlükənin haradan gəldiyini daha yaxşı bilirlər.

Məqalədə : intihar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
188

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1065

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
254

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 04:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru