Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2019
10:02
593
Bir neçə dövlət əmlakı `Azərsu`nun balansına verilib

Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2005-ci il 22 mart tarixli qərara dəyişikliklər edib.

FaktXəbər bildirir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən dövlət vəsaitləri hesabına inşa edilən və "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən "Abşeron rayonu, Masazır qəsəbəsi Duz gölü ətrafında çirkab axıntılarının qarşısının alınması üçün kanalizasiya xəttinin və nasos stansiyaları kompleksinin inşası” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 6 900 000 manat olan 14,575 km uzunluğunda kanalizasiya kollektoru, 1 ədəd kanalizasiya nasosxanası, 1 ədəd yerindəyüksəltmə nasosxanası və 1 ədəd suqəbuledici kamera, “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera, “Sabunçu rayonu, Maştağa qəsəbəsinin magistral su kəmərinin və Xəzər rayonu, Buzovna qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 5 450 000 manat olan 6,7 km uzunluğunda magistral su xətti və 17,1 km u zunluğunda su şəbəkəsi ASC-nin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilib.

Qərarla həmçinin Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli qərarı ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə bir sıra dəyişikliklər edilib. 

Əmlak Məsələləri Dövlət Komitəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə : Azərsu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
52

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
95

Ən təhlükəli parollar sadalanıb

23

Sentyabr
12:11
MARAQLIDIR
81

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
146

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
124

Trump və Ərdoğan telefonla danışıb

23

Sentyabr
09:46
DÜNYA
205

Xarici valyutaların manata qarşı məzənnələri

23

Sentyabr
09:39
İQTİSADİYYAT
189

Tovuz və Tərtərdə qaz olmayacaq

23

Sentyabr
09:36
ÖLKƏ
181
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 13:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru