Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2019
15:30
İcra başçısının müavini Elina ilə bağlı dindirildi

162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

FaktXəbər Unikal.org-a istinadən bildirir ki, sözügedən cinayət işi ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb. Elina Hacıyevanın intiharı ilə bağlı onun ifadəsi alınıb. Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Buna qədər isə Təhsil naziri Ceyhun Bayramov ölkənin gündəminə çevrilən, 162 nömrəli tam orta məktəbin intihar edən 8-ci sinif şagirdi Elina Haciyeva ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair media nümayəndələri ilə görüş keçirib. Tədbirdə bildirilib ki, xidməti araşdırmanın məlumatları nəzərə alaraq, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil adlığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.

Məqalədə : Elina 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
280

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
406

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1284
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 13:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru