Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2019
15:36
Almaniya Səudiyyə Ərəbistanına silah satmağa icazə verib

Jurnalist Camal Qaşıqçının qətlindən sonra Səudiyyə Ərəbistanına silah ixracını dayandıran Almaniya ər-Riyada silah satışını yenidən sərbəst buraxıb. FaktXəbər bildirir ki, bu barədə "İHA" məlumat yayıb.
 
Bildirilir ki, Federal Hökumətin Müdafiə Komissiyası keçirdiyi gizli toplantıda Səudiyyə Ərəbistanına silah satışı ilə bağlıqoyulan qadağanı götürüb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanına silah satışına yenidən icazə verilməsi müxalifətin etirazı ilə qarşılanıb. Almaniyanın Yaşıllar Partiyasının təhlükəsizlik mütəxəssisi Aqnieszka Brugger, "Koalisiya hökumətinin Səudiyyə Ərəbistanına silah ixracını dayandırması sadə bir istehza manevri idi",-deyə vurğulayıb.
 
Almaniya Səudiyyə Ərəbistanına birbaşa silah satmır. Fransa və İngiltərə ilə birgə istehsal olunan silahların müəyyən hissələrini Almaniya təmin edir. Birgə istehsal edilən silahların Səudiyyə Ərəbistanına ixrac edilməməsi tələbi isə Almaniya və Fransa arasında gərginliyə səbəb olmuşdu.

Məqalədə : Səudiyyə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru