Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2019
15:16
7516
Ən böyük məsuliyyət dövlətin rəhbər orqanlarının üzərinə düşür

Doktor Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının sədri


Bağışlayan və mehriban Allahın adı ilə! 

Azərbaycan xalqı sağlam və aydın keçmişə, zəngin tarixə malikdir. Çətin və ağır mərhələlərdən keçmiş bu səhnədə xalqımızı, onun milli mənliyini, fərdi və ictimai əxlaqi şüurunu qoruyan ən mühüm amil dinimiz və Allaha bağlılığımız olmuşdur. 

Despot və ateist sovet rejimi toplumun ictimai davranış keyfiyyətini yanlış istiqamətə yönəltsə də, yəni saxta kommunizm ideologiyası hər an təzim olunan bütə çevrilsə də, insanları fərd olaraq Allaha, İslam dininə yönəldən ağıl, hiss və iradəni qıra, dəyişə bilmədi. Amma sovet əxlaq kodeksi və normaları istər inzibati, istərsə də ixtiyari şəkildə cəmiyyətdə indiki neqativliklərə, mənəvi eybəcərliyə şəraitin yaranmasına yol vermirdi. Halbuki o zamanlar da buna cəhdlər az müşahidə olunmurdu. 

İnsanlarda, xüsusən gənclər arasında fəzilətdən çox qəbahətə meyllilik heç də milli mental dəyərlərdən irəli gələn məsələ deyil. Nə yaxşı ki, belə mənəvi çirkinlikləri Azərbaycan cəmiyyəti, müsəlman qövmü olaraq qınayır, qəbul etmir. 

Bəs görəsən ayrı-ayrı fərdlərin bu mənəvi deqredasiyaya məruz qalmasının səbəbi nədir? 

İlk növbədə cəmiyyətlə, ailələrlə birbaşa, vertikal aləmlə təmasda olan təbliğat vasitələrinin, təhsil müəssisələrinin, qida müəssisələri və ticarət obyektlərinin fəaliyyəti qanunvericiliklə təsbit olunmalıdır. Nəzarətin həyata keçirilməsindəki boşluqlar, bəzən isə yanlış və idbarlığa təhrikedici addımlara mane olmayan mürtəce qanun və qərarların qəbul edilməsi mənəvi aşınmanı azaltmaq əvəzinə daha da artırır. Cəmiyyəti ən çox narahat edən məsələ ölkə daxilində hər bir ailəyə açılan səhnə rolunda milli televiziya kanallarının mənəviyyatsız veriliş və şoular təqdim etməsi, müəllif və aparıcıların cəmiyyətin sosial-psixoloji, mənəvi baxımdan qeyri-sağlam, həmçinin intellektual səviyyəsi aşağı olan üzvlərinin milli-mənəvi, dini dəyərlərimizə zidd davranışlarıdır. 

Xalqımızın milli-mənəvi, dini dəyərlərini ziyalı və alimlər, həqiqi ruhanilər vasitəsilə deyil, bu cür tasadüfi və bəlkə də düşünülmüş şəkildə seçilən insanların kütləyə təqdim etməsi indikindən də artıq fəsadlar törədəcəyinə şübhə yeri qoymur. Hazırda keçmişlərindən geylər və geyparadlar qalan Avropa ölkələrində yaşayan insanlar ailələrini, gənclərini qorumaq üçün İslam dininə müraciət etdikləri halda, Azərbaycanımızda Avropanın keçmişinə qayıdış halları müşahidə olunur. 

Əxlaqsızlığın, intihar faktlarının kütləvi hal alması, orta təhsil ocaqlarına narkotikin yol tapması cəmiyyətdə baş verən və qarşısı alınmayan deqredasiyanın nəticəsi kimi qiymətləndirilməlidir. Məktəblərdə gənc qızlarımızın hicabına qoyulan süni qadağalar, hicablı xanımların işlə təminatındakı neqativ və yanlış yanaşmaların acı nəticələrini cəmiyyətimiz görür. Təəssüf ki, ictimai qiymətləndirməyə, xalqımızın mənəvi aşınmadan zamanında qurtuluşu üçün ən optimal təkliflərin, təbliğatların icra edilməsinə diqqətlə yanaşmamaq, bu istiqamətdə həqiqi səy göstərənlərin təcrid edilməsi cəmiyyətimizi daha ağır duruma - ümidsizliyə aparır. 

Nəhayət unutmaq olmaz ki, deyildiyi kimi, insan digər varlıqlardan, hətta mələklərdən fərqli olaraq ixtiyar sahibidir. Həm də axı insan həmişə icbarla yaşayan bir varlıq deyil. O, yaxşını da, pisi də, haqqı da, batili də, gözəlliyi də seçə bilir, eybəcərliyi də. Sadəcə seçimi onun özünə, onun ixtiyarına versən yetər. 

Amma insan bilməlidir ki, istər bu dünyada, istərsə də axirətdə bütün sorğu-suallar yalnız ona aiddir. Bu baxımdan ən böyük məsuliyyət və cavabdehlik ailə başçılarından tutmuş, dövlətin rəhbər orqanları və onların başında duranların, cəmiyyətin seçilmiş üzvlərinin, alim və ziyalıların, ruhani və din alimlərinin, dövlət xadimlərinin üzərinə düşür. Çünki cəmiyyətdə baş verən və kütləviləşən mənəvi aşınma hallarını ilk növbədə həmin insanlar müşahidə etməli, görməli və operativ addımlar atmalıdırlar. 

Amma təəssüf doğuran bir halı da qeyd etməliyəm. Bu yaxınlarda ölkənin aparıcı mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların dövlət başçısı və onun xanımı ilə görüşündə çoxsaylı təkliflər səsləndirildi. Həmin təkliflərin içərisində televiziyalarda, bir sıra başqa səhnələrdə, ümumən cəmiyyətdə baş verən mənfi əxlaqi keyfiyyətlərin, milli-mənəvi aşınmaların səbəbləri, aradan qaldırılması istiqamətində fikirlər eşidilmədi. Bütün bunlardan nəticə çıxarmağın, bir sıra vacib sahələrlə bağlı qanunvericilikdə qanunların təkcə Avropa konvensiyalarına deyil, xalqın mental dəyərlərinə istinadən qəbul edilməyin vaxtı çatmışdır.

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
238

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
275

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
80

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
121

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 11:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru