Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2019
11:55
3267
Yeniyetmələri intihara aparan pillələr

Sadiq Səmədli / psixoloq


İlk növbədə yeniyetmə dövründə olan, sürətlə inkişaf edən və formalaşan gənclərimizin mənəvi və psixoloji inkişafı barədə söz açmaq istərdik. Onlar həyatlarının mühüm keçid dövründə çoxsaylı ətraf təsirlərə məruz qalırlar. Şəxsiyyətin formalaşdığı zaman fizioloji inkişafın və ələlxüsus psixoloji böhranın müşahidə edildiyi bu müddətdə hər bir fərdin düşüncəsində gələcəklə bağlı planlar yaranır. Bu müddət insanın özünəgüvən və ətraf çevrədə öz statusunun vurğulanması aparıcı rol oynayır. 

Bu zaman valideynlərin və müəllimlərin öhdəsinə çox böyük məsuliyyət düşür. Uşaqlıqdan başlayaraq valideyn-övlad arasında emosional bağlılığın formalaşmaması gələcəkdə müəyyən fəsadlara gətirib çıxarır. Belə ki, uşağın hər hansı bir problemini rahatlıqla bölüşə bilmədiyi mühit yaranır. Nəticədə valideynə qarşı inamsızlıq, həmçinin özünəqapanma və gələcəklə bağlı neqativ fikirlərin formalaşması başlanır. Uşağın gündəlik fəaliyyəti ilə maraqlanmaq, yəni gün ərzində vaxtının səmərəli şəkildə bölüşdürülməsi müəllim və valideyn arasında daima əlaqənin yaradılması vacib şərtlərdən biridir.

Son günlər çox təəssüf ki, gündəmi məktəbli qızın intihar xəbəri sarsıdıb. Fikirlər müxtəlif olsa belə, biz bəzi məqamları vurğulamaq istərdik. Yeniyetmə dövründə uşağa hər iki valideynin dəstəyi vacibdir, əsasən də mənəvi və psixoloji. Natamam və konfliktli ailədə böyüyən uşaq və yeniyetmələr öz həmyaşıdları ilə nisbətdə kənar təsirlərə daha həssas olurlar. Sosial çevrəni dəyişən zaman yeni kollektivə adaptasiya olmaları, yeni problemlərlə üzləşmələrinə gətirib çıxarır. Bir çox hallarda böyüklər tərəfdən birtərəfli əmirlərin səsləndiyini görən yeniyetmələr mühüm olmadıqlarını və fikirlərinin bölüşə bilmədiklərini hiss edirlər. Düşüncələrində qeyri-rasional fikir və davranışlar canlandırırlar. Demonstrativ davranışlar formalaşır və bəzi hallarda öz sözlərini faciəvi sonluqla bitən hərəkətləri ilə nümyaiş etdirirlər.

Bu kimi faciənin gələcəkdə yaşanmaması üçün həm valideyn-övlad münasibətləri, həm də məktəbdaxili münasibətlər düzgün şəkildə tənzimlənməlidir.

Məqalədə : intihar məktəbli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1706

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1011

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2154

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2800

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
124

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
826

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4165

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 01:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru