Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2019
09:49
735
Nədən Azərbaycanda acı soğan şirin almadan bahadır?

İqtisadçı alim Qubad İbadoğlu soğan tərəvizinin ölkə bazarlarında yüksək qiymətə satılmasının səbəblərini araşdırıb. 

Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən iqtisadçı qeyd edir ki, son 5 ildə Azərbaycanda soğanın istehsalında artım olub: 

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda soğan istehsalı 233 min ton təşkil edib ki, bu da 2017-ci ildən 25 min 503 ton çoxdur. Müqayisə üçün qeyd edim ki,ölkədə 2013-cü ildə 158 min ton, 2016-cı ildə isə 178 min tona soğan tədarük olunub. Göründüyü kimi ötən 5 il ərzində soğan istehsalında artım müsbət olub. Maraqlı dəyişikliklərdən biri də odur ki, ötən il əvvəlki ilə nisbətən istehsal artsa da ixrac azalıb. Yəni 2017-ci ildə ixrac 56 min 612 ton təşkil etdiyi halda bu göstərici 2018-ci ildə 40,6 min tona qədər azalıb. Deməli ötən il tədarük olunan soğanın daha çox hissəsi ölkədə qalıb.

Əlavə olaraq onu da qeyd edim ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəyə 2018-ci ilin 3 rübündə 246,5 ton, 2017-ci ildə isə 2188 ton soğan idxal olunub. İstehlak balansını (anbar qalığını 0 götürməklə) qurmaq üçün istehsaldan ixracı çıxıb üzərinə idxalı gələk. Bu hesablama göstərir ki, 2018-ci ildə 192 min 646 ton 500 kq, 2017-ci ildə isə 153 min 073 ton soğan daxili istehlaka yönəlib. Bu isə o deməkdir ki, hər adama 2017-ci ildə 15,6 kq, 2018-ci ildə isə 19,4 kq soğan yeyilib və yaxud da 2018-ci ildə 2017-ci illə müqayisədə soğan istehlakı 40 min ton çox olub". 

Ekspert ötən illərlə müqayisədə vətəndaşların soğandan çox istifadə etmə səbəblərini aydınlaşdırmaqda çətinlik çəkdiyini bildirir:

"Əslində rəsmi rəqəmlərin təhlili göstərir ki, ötən il soğana tələbatın artımı qiymətin bahalaşmasında əhəmiyyəti rol oynayıb. Bununla bağlı hökümətin gördüyü tənzimləmə tədbirlərinə gəlincə, soğanın idxalına 2016-cı ilin oktyabrından etibarən hər 1 kiloqram soğanın idxalına tətbiq edilən köhnə rüsumun ləğvi, eləcə də hər 1 kq soğanın ixracına 2019-cu iln aprelin 1-dən mayın 31-dək tətbiq edilən yeni rüsumun tətbiqinə dair Nazirlər Kabinetinin müvafiq qərarları ən azı 3 ay gecikmiş hesab olunmalıdır. Çünki, bu ilin ilk 2 ayında Azərbaycanda 7 min 300 ton soğan ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6100 ton çoxdur. Əslində ixraca rüsumun tətbiqi ilə bağlı qərarın yanvarın 1-dən verilməsi ölkədən ən azı 7 min ton soğanın ixracının qarşısını ala bilərdi və təbii ki, bu da qiymətlərin tarazlaşmasında əhəmiyyətli rol oynaya bilərdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda istehlakı bazarını tənzimləmək üçün zərur olan qərarlar bir çox hallarda ya verilmir və ya da vaxtında verilmədiyindən onun səmərəsi olmur. Bu halda isə Nazirlər Kabinetinin 5 aprel tarixli qərarının soğanın qiymətinin sabitləşməsində təsiri çox az olacaq. Qiymət bahalaşması mövsümi soğan satışa çıxarılanadək davam edəcək. Odur ki, gözləmək lazımdır ki, təzə soğan satışa çıxsın.

Məqalədə : soğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
84

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
84

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
90

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
86

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
101

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
111

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
112

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
213

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
249

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
234
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 17:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru