Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2019
16:50
1095
`Gürcüstan azərbaycanlılarının Azərbaycanda dini təhsil almalarına ehtiyac var”

“Gürcüstanın azərbaycanlı din xadimlərinin Azərbaycanda dini təhsil almalarına ehtiyac var”.

Bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib.

Onun sözlərinə görə, Gürcüstanda olan müsəlman din xadimləri müxtəlif ərəb və qonşu ölkələrdə təhsil alırlar: “Onların müəyyən hissəsi Gürcüstan tərəfindən tanınan dini təhsil ocaqlarında biliklərə yiyələnirlər. Lakin təəssüflər olsun ki, bəzi din xadimləri qeyri-ənənəvi dini cərəyanların təbliğ olunduğu təhsil müəssisələrini bitirərək yalnış biliklərə malik olurlar. Bəzən onlar Gürcüstana ektremist və təhrifçi fikirlərlə dönürlər və bu da ölkə üçün təhlükədir. Bu baxımdan Gürcüstan azərbaycanlılarının Azərbaycanda dini təhsil almaları ilə bağlı təşəbbüsü dəstəkləyirik”.

R.İgidov qeyd edib ki, rəhbərlik etdiyi qurum Gürcüstandan azərbaycanlı din xadimlərinin dini təhsillə bağlı Azərbaycana göndərilməsi istiqamətində əməkdaşlığa hazırdır: “İdarəmiz Qafqaz Müsəlmanları İdarəsi və digər müvafiq qurumlarla əməkdaşlığa hazırdır. Azərbaycanda dini təhsil alan Gürcüstanın azərbaycanlı vətəndaşları savadlı olmaqla yanaşı, həm də Gürcüstan ictimaiyyəti tərəfindən də qəbul olunmalıdır”.

Qeyd edək ki, ötən həftə Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın azərbaycanlı vətəndaşlarının Azərbaycanda dini təhsil ala biləcəklərini deyib. Onun sözlərinə görə, Gürcüstanda qeyri-ənənəvi dinlər geniş yayılıb və bu ölkənin müsəlman din xadimlərinin Azərbaycanda təhsil almaları bu cür təhlükəli dini cərəyanların qarşısını ala bilər. (report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha 38 dərəcə isti proqnozu

20

İyun
13:23
ÖLKƏ
1538
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 15:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru