Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2019
16:28
Lənkəranda Əbabil quşu tapılıb - FOTO

Lənkəranda dünyanın ən nadir canlılarından biri - Əbabil quşu tapılıb. Məşhur Əbabil quşları Rzayevlər ailəsinin evinə pənah gətirib.

Ev sahibi Elmira Rzayeva deyir ki, bir gün evə gələndə üç Əbabil quşu pilləkənlərdə oturaq halda onu qarşılayıb. Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar.

Bu quşlar haqqında Qurani-Kərimdə "Fil" surəsində də məlumat verilib. Surəni təfsir edən alimlərin bir çoxunun fikrincə, Məkkəyə hücum edən fil ordusunu məhz Əbabil quşları məhv edib.

Qeyd edək ki, Əbabil - sağangillər dəstəsinə mənsub olan 16-17 sm bədən uzunluğuna malik qaranquşa bənzər bir quş növüdür. Orta ömrü 27 il olan Əbabillər köçəri quşlar sinfinə daxildir.Əbabili qaranquşdan ayıran ən əsas özəlliyi onun bədən quruluşunun daha böyük olması və yüksəklikdə uçmasıdır. Əbabillər köçəri quşlar sinfinə daxildir. Qanadları uzun və qövsvaridir. Sürü halında səs-küy yaradaraq yaşayarlar. Digər quşlar kimi ayaq üstə dik şəkildə dura bilməzlər. Ən çox qəhvəyi rəngdə olurlar. Gecə-gündüz havada qalar və uçarkən yatarlar. Ömürlərinin 80%-dən çoxunu uçaraq keçirərlər. Bu quşlar yalnız qidalanmaq və nəsil artırmaq üçün yerə enirlər. Miqrasiya zamanı çoxlu sayda itkiyə məruz qaldıqları üçün bu quşların sayı kifayət qədər azalıb və hazırda Əbabil nadir quş növlərindən biri hesab olunur.(ONA)

Məqalədə : Lənkəran Əbabil quşu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54106

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52224

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53669

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53404

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58763

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53039

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53443
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 11:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru