Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2019
16:15
Kartof ixracına tətbiq olunan rüsum aradan qaldırıldı

Fermerlər ixrac üçün məhsul toplamağa başlayıblar.

Azərbaycandan xaricə kartof ixracına tətbiq olunan rüsum aradan qaldırılıb.

Bu barədə Cəlilabad və Şəmkirdə kartof istehsalı ilə məşğul olan sahibkarlar məlumat veriblər.

Onların dediyinə görə, hökumət nümayəndələri sahibkarlara bildiriblər ki, bu gündən etibarən məhsullarını heç bir əlavə rüsum ödəmədən ixrac edə bilərlər.

Verilən məlumata görə, artıq gömrük ərazilərində olan kartof dolu TIR-ların buraxılmasına başlanılıb. Eyni zamanda hər iki rayonda fermerlər ixrac üçün məhsul toplanmasını bərpa ediblər.

Xatırladaq ki, Nazirlər Kabineti aprelin 5-dən etibarən kartofun hər kiloqramı üçün 1 dollar həcmində ixrac rüsumu təyin etmişdi. Bu qərar faraş kartof yetişdirən fermerlərin kəskin etirazlarına səbəb olub. Cəlilabad və Şəmkirdə istehsalçılar etirazlarını kütləvi şəkildə icra strukturlarına çatdırıblar.

Qeyd edək ki, Azərbaycanda hər il istehsal olunan 950 min - 1 milyon ton arası kartofun yarısı məhz faraş məhsulun payına düşür. Bu məhsulun böyük hissəsi isə məhz aprel ayı ərzində xaricə ixrac olunur. Belə bir dövrdə əlavə ixrac rüsumunun tətbiqi istehsalçıları böyük zərərlə üzləşdirə bilərdi.

Məqalədə : Kartof 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
210

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
221

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
333
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 00:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru