Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2019
11:24
AİP xalqımızı və bütün dünya müsəlmanlarını təbrik etdi

AİP Şəhidlər Sərvəri, İslam Peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn (ə)-ın mövludu münasibətilə xalqımızı və bütün dünya müsəlmanlarını təbrik edib.

FaktXəbər-ə daxil olan təbrik məktubunda  deyilir: “Peyğəmbərimizin sevimli nəvəsi, Həzrət Əlinin (ə) və Xanım Fatimənin (ə) əziz oğlu, müsəlmanların üçüncü imamı, dinimizin xilaskarı İmam Hüseynin (ə) mübarək mövludu münasibətilə Əhlibeytsevər xalqımızı, bütün dünya müsəlmanlarını təbrik edirik. Bu gün dünyanın hər yerində, müsəlman aləmində bu mübarək günün fəzilətindən bəhrələnməyə çalışan müsəlman qardaş və bacılarımız həyatını və bütün dünyasını haqsızlığa, zülmə qarşı mübarizəyə həsr edən, azadlıqsevərliyini malik olduğu bütün sərvət və nemətlərdən üstün tutan, həyatını bu yolda qurban verən məsum İmam Hüseyni (ə) qəlblərində yad edir, ziyarətinə can atırlar. Hicrətin dördüncü ili Şəban ayının bu günündə Mədinədə dünyaya göz açan Həzrəti Hüseyn uşaqlıq dövrünü babası Həzrəti Peyğəmbərin (s.ə) yanında keçirmişdir.

O, atası Həzrəti Əlinin (ə) həyatını, elmini özünə örnək götürmüş, onun mərdlik və mübarizlik məktəbini əxz etmişdir. İslam düşmənlərilə mübarizədə və döyüşdə İmam Hüseyn şücaət və qələbə ruhiyyəsi baxımından atasından geri qalmamışdır. İmam Hüseynin(ə) dünyaya gəlişi, keçdiyi ömür yolu, imamətdə fəaliyyəti, Allah Təalanın onu İslam dininə töhfəsindən başqa bir məzmun daşımır. Dinimizin yaşamasını şərtləndirən məqamın-şəhidlik zirvəsinin İmam Hüseyn tərəfindən böyük şücaətlə fəth olunması yalnız Yaradanın təqdiratı idi ki, bu keyfiyyət yüz illərlə dünyanın müxtəlif xalqlarının, toplumlarının inqilab rəhbərlərinin, alim və filosofların azadlıq simvolu kimi tədqiqat, araşdırma mövzu və hədəfinə çevrilmişdir. İmam Hüseyn (ə) azadlıqsevər insanlar, xalqlar üçün ona görə əziz və müqəddəsdir, ona görə hədsiz məhəbbətlə sevilir ki, o təkcə öz dövrünün mübarizlik və yenilməz qəhrəmanlıq aşiqliyi nümunəsi deyil, bəşər durduqca bu əlamətlərin reallaşması üçün əsl örnək, bələdçi, sönməz işıqdır. Bu işığın nuruna qərq olanlar, mübarizə yolunu bu işıqla görənlər heç zaman məğlub olmazlar, daima qalibdirlər. Mübarək mövlud günü münasibətilə müsəlman qardaş və bacıları, xüsusən Əhli-beyt aşiqlərini bir daha səmimi qəlbdən təbrik edirik, hər kəsə Allahdan bu dünyada İmam Hüseynin ziyarətini, axirətində O Həzrətin şəfaətini nəsib etməsini diləyirik.”

Hacı İlham Əliyev,

Azərbaycan İslam Partiyasının sədr əvəzi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
199

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
311

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
247

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
544
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 20:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru