Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2019
11:42
Saakaşvili Poroşenkodan pasportunu qaytarmağı tələb edib

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Pyotr Poroşenkodan tələb edib ki, Ukrayna vətəndaşlığı ona qaytarılsın və ölkəyə girişinə icazə verilsin. FaktXəbər bildirir ki, bu tələbi siyasətçi Facebook səhifəsində yerləşdirdiyi videomüraciətdə səsləndirib.
 
"Pyotr Alekseyeviç, siz deyirsiniz ki, siz dəyişmisiniz və qanunla yaşamaq istəyirsiniz. Bu da sizə sadə test olsun. Siz yaxşı xatırlayırsınız ki, 2 il bundan əvvəl ölkədə olmadığım müddət (Konqresdə Ukrayna maraqlarının lobbiçiliyi ilə məşğul olarkən) məni vətəndaşlıqdan məhrum etdiniz. Bu iş məhz sizin administrasiya tərəfindən təzyiq səbəbindən indiyədək Ukrayna məhkəmələrində hər cür ləngiyir, qərar qəbul olunmur. Çünki onlar istəmirlər ki, mən Strasburqa gedim. Əks təqdirdə Avropa Məhkəməsi mənim vətəndaşlığı dərhal qaytaracaq. Sizə sadə sualım var: Asan olan qanunu bərpa etmək, mənim Ukrayna pasportumu qaytarmaq və Ukraynaya məni buraxmaqdır? Əgər siz həqiqətən qorxmursunuzsa, əgər siz belə cəsarətlisinizsə, həqiqətən də dəyişmək qərarına gəlmisinizsə, bunu etmək üçün fürsətiniz var",-deyə Saakaşvili qeyd edib.

Məqalədə : Poroşenko 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47331

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45525

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47135

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46715

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52261

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46382

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46836
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 11:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru