Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2019
16:42
AİP `Məbəs günü`nü qeyd etdi

Bu gün əziz İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür. Bu gün İslam dinin bəşəriyyət üçün sonuncu din kimi təyin edildiyi gündür. Bu gün ilk Quran ayələrinin (Ələq 1-5) nazil olunduğu gündür. Bu gün Quran işığında dünyada yeni bir mədəniyyətin əsasının qoyulduğu gündür.

Azərbaycan İslam Partiyası bu əzəmətli günlə bağlı partiya və qonaqların iştirakı ilə bayram tədbiri keçirdib. Tədbirdə partiyanın həbsdə olan sədri Hacı Mövsüm Səmədovun xalqımıza və müsəlmanlara təbrik mesajı səsləndirilib.

Tədbiri giriş sözü ilə açan partiyanın sədr əvəzi, ruhani alim Hacı İlham Əliyev öncə xalqımızı və bütün müsəlmanları bu böyük gün münasibəti ilə təbrik edib və bu günün qeyd olunmasının əhəmiyyətinə toxunub.

Bütün peyğəmbərlərin məhz bu gün üçün gəldiyini qeyd edən H.İ.Əliyev bunu Allahın bəşərə rəhməti, neməti adlandırıb: "Bu, Allahın bəşərə olan bir rəhməti, nemətidir. Bəşəriyyətin vəziyyəti çox acınacaqlı idi. Bunu tarixdə və dini mənbələrdə də müşahidə edirik".

Peyğəmbərin (s) göndərilməsinin fəlsəfəsinə toxunan H.İ.Əliyev, Həzrəti Fatimənin (s.ə) bu barədəki dəyərli kəlamını səsləndirib: “Mütəal Allah Öz rəsulunu (s) göndərdi ki, qəlblərdən gizlinləri (şəkkləri), gözlərdən pərdəni (qəm qüssəni) götürsün.” Allah Təala peyğəmbərlərini göndərməklə bəşəri günah, zülm girdabından xilas edib, rifah və nicata çatdırmaq istədiyini vurğulayan ruhani-alim, İslamı bütün insanlığın həqiqi meyarı adlandırıb və bəşəriyyətin bütünlüklə bu dəyərə doğru üz tutacağını deyib.

Həmçinin, bayram tədbirində iştirak edən partiyanın keçmiş sədri Hacı Hacağa Nuri, öz növbəsində, xalqımızı bu bayram münasibəti ilə təbrik edib və AİP-ə öz təşəkkürünü bildirərək, bu kiçik tətbiri “dünyaya mesaj” adlandırıb. Həmçinin, müstəqillik dövrünün əvvəllərində bu kimi tədbirlərin geniş miqyasda keçirildiyini xatırladan Hacağa Nuri hazırkı vəziyyətdən təəssüfləndiyini bildirib və bu kimi dəyərlərin unudulmasını faciə adlandırıb.

Peyğəmbərin və İslamın zühurunu bəşəriyyət üçün bir nicat olduğunu xatırladan Hacağa Nuri bu dəyəri yaşatmağın hər kəsin borclu olduğunu bildirib: "Hər kəs bu dəyəri qorusun, ailəsində, təşkilatında bunu qeyd etsin ki, bu kimi dəyərlərimiz aradan getməsin. Xalqın nicatı bundadır və bu dəyərin aradan getməsində maraqlı güclər vardır. Bu gün sosial şəbəkələrdə, mediyada baş verən əxlaqsızlıqlar və onların nümayiş etdirilməsi bunun bariz nümunəsidir. İctimaiyyət və gənc nəsil düzgün istiqamətdə tərbiyələndirilsə, bu kimi problemlərimiz kökündən həll olar.

Tədbirdə iştirak edən Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri, yazıçı, politoloq Eldəniz Quliyev də, öz növbəsində, tədbir iştirakçılarını, eləcə də bütün müsəlmanları təbrik edib və İslamın mənəviyyatın paklaşdırılmasındakı əhəmiyyətinə, bunun artıq bütün dünyada etiraf edildiyinə toxunub: "İslamın hədəfi insanların əxlaqının tamamlanması, mənən və cismən paklanmasıdır. Allah dini bizim üçün göndərib. Biz neylədik?... Artıq bütün dünya bunu dərk edir və İslama hörmət edir".

Bayram tədbirində iştirak edən QAT (Qarabağ Azadlıq Təşkilatı) funksioneri Barat İmani də öz təbriklərini bildirərək, İslamın bizə öyrətdiyi Vətən və şəhid dəyərləri haqda danışdı: "İslam şəhidə böyük dəyər verir. Biz məhz bu kimi dəyərlərlə torpaqlarımızı azad edə bilərik. Biz Vətənimizi, cəmiyyətimizi, dəyərlərimizi xilas etmək üçün peyğəmbər yolundan bəhrələnib İslam tezisini önə çəkməliyik. Bunda hər kəsin, xüsusən də mediyanın, təbliğatı önəmlidir. Biz hamılıqla Allahın ipindən yapışaraq xilas olmalıyıq".

Tədbir iştirakçılarını təbrik edən Kərbəlayı Natiq Kərimov da öz növbəsində İslam aləmini bu əziz gün münasibəti ilə təbrik etdi və bu kimi dəyərlərin qorunmasının vacibliyinə toxundu: İslam parlayan bir nurdur. Bəşəriyyət yalnız bu nurun işığında nicat tapa bilər. Bu nuru söndürməyə, İslamın qorxunc imicini formalaşdırmağa çalışırlar. Dünya böhran içindədir. Ümid edirik ki, insanlar bu neməti dəyərləndirər, cəmiyyət doğru yönə yönələr.

Tədbirdə çıxış edən politoloq Akif Heydərli cəmiyyətimizin üzləşdiyi hazırkı mənəvi böhrana və bu yolda qəti addımların atılmasının zərurətinə toxunub: "Cəmiyyətimiz mənəvi böhranla üz-üzədir. Dəyərlərimiz təhdid olunur. İctimaiyyətimizə yanlış dəyərlər təqdim olunur. Rəhbərlik bu istiqamətdə mühüm addımlar atmalıdır. Biz bu dəyərləri qorumalıyıq. Bu bizim ən mühüm vəzifəmizdi.

Məqalədə : Məbəs günü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
199

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
311

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
247

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
544
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 20:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru