Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2019
11:27
“Google Play” mağazasında casus proqramlar aşkar edilib

“Security Without Borders” şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri və “Motherboard” nəşrinin icmalçıları tərəfindən keçirilmiş araşdırma zamanı “Google Play” rəsmi mağazasında yerləşdirilmiş “Android” tətbiqlərində casus proqram təminatının mövcud olması məlum olub.

“Exodus” adlandırılmış zərərverici element 2016-cı ildən 2019-cu ilin əvvəlinə kimi aktiv olub. Zərərverici mobil operatorların tətbiqi və ya qurğuların işinin təkmilləşdirilməsi üçün xidmət proqramı adı altında maskalanıb.

“Motherboard” nəşrinin məlumatına görə, 2 il ərzində “Google Play” mağazasında 20-dən çox proqram yerləşdirilib. Bir neçə mobil proqram ən azı 100 dəfə yüklənilib. Siyahıdakı bir proqram isə 350 dəfə yüklənilib.

Jurnalistlərin məlumatına görə, bu zərəverici proqram təminatı izləmə kameralarının hazırlanması ilə məşğul olan “eSurv” şirkəti tərəfindən İtaliya hökumətinə satılıb.

İtaliya hökuməti qurğu vasitəsilə istifadəçiləri gizli dinləmək, həmçinin brauzerin tarixçəsinə, təqvim yazılarına, istifadəçinin olduğu yerlərə, çatlara və başqa şəxsi məlumatlara giriş imkanı əldə edib.

Məqalədə : Google Play 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4337

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2975

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2411

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 21:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru