Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2019
12:08
Zabratda qardaşını odlu silahla vuran şəxs tutulub

Martın 31-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Şamilovun tüfəngdən açılmış atəşlə qətlə yetirilməsi barədə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd giliz aşkar edilərək götürülüb.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Şamilovun qardaşı Hüseynbala saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş “TOZ-34” markalı ov tüfəngi götürülüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru