Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2019
15:09
589
Cahangir Hacıyevin bacısı aeroportda saxlandı

Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq, geri qaytarılıb. Ə.Hacıyeva Gürcüstana getmək istəyirmiş.

Ə.Hacıyeva özü də xəbəri təsdiqləyib. Bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qardaşı C.Hacıyevin işi üzrə istintaq aparılarkən iki il əvvəl onun da ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu məhdudiyyətlə əlaqədar əvvəlcə yerli məhkəmələrə, daha sonra Avropa Məhkəməsinə şikayət edib.

Avropa Məhkəməsi ötən il dekabrın 13-də onun şikayəti üzrə qərar verərək, ölkədən çıxışına məhdudiyyəti hərəkət azadlığının pozuntusu kimi qiymətləndirib. Bu ilin yanvarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yenidən bu məsələyə baxıb. Hakim Xaliq İmanov məhdudiyyət qərarını qanunsuz hesab edib: "Məhdudiyyətin götürüldüyünü nəzərə alıb, müalicəyə getmək istəyirdim. Hava limanında sərhəd xidmətində bildirdilər ki, Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət qoyulub”.

Ə.Hacıyeva martın 28-də Prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova məktub göndərib. Nazirdən ölkədən çıxışına məhdudiyyət qərarının ləğvini xahiş edən keçmiş bankirin bacısı prezidentdən də kömək istəyib: "2018-ci il sentyabrın 15-dən qardaşımla görüşə, telefonla danışa bilmirəm. Notariat əməliyyatları aparmaq belə mənə yasaq edilib. Anamın vəfatından sonra vərəsəlik şəhadətnaməsini belə ala bilmirəm, notariuslar bu əməliyyatı həyata keçirməkdən imtina edir. Cənab prezident, bütün bunlara son qoyulmasında bizə köməklik göstərilməsini Sizdən xahiş edirəm”.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Hazırda bu məhkəmədə yenə də C.Hacıyevin mühakiməsi gedir. Haqqındakı ikinci cinayət işində C.Hacıyev dostu, keçmiş deputat Dünyamin Xəlilovun vasitəsilə yaradılan şirkətlərə bankdan milyonlarla kredit ayırıb onları birlikdə mənimsəməkdə ittiham olunur.(bizimyol.info)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
69

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
79

Trump və Ərdoğan telefonla danışıb

23

Sentyabr
09:46
DÜNYA
162

Xarici valyutaların manata qarşı məzənnələri

23

Sentyabr
09:39
İQTİSADİYYAT
150

Tovuz və Tərtərdə qaz olmayacaq

23

Sentyabr
09:36
ÖLKƏ
145

Rusiyada İŞİD üzvləri saxlanılıb

23

Sentyabr
09:21
DÜNYA
127

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
576

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
552
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 11:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru