Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2019
12:35
430
Fuad Muradovun komitəsində yeyinti olub - Hesablama Palatası

Hesablama Palatasının Kollegiya iclasında müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinə qədər olan dövrdə Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri müzakirə edilib.

Faktxeber.com bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilib və fəaliyyət istiqaməti üzrə müvafiq auditorun hesabatı təsdiq edilib.

Audit ilə ümumilikdə 13021,5 min manat vəsait əhatə olunub.

Auditlə müəyyən edilib ki, dövlət büdcəsindən Komitənin aparatının saxlanılmasına ayrılan vəsaitlərin icrası zamanı əsas olmadan bəzi işçilərə mükafat ödənilib, vaxtından əvvəl əməkdaşlara ixtisas dərəcəsi verilib, Vergi Məcəlləsinin tələbləri pozularaq işçilərin aylıq gəlirindən bir neçə dəfə azadolmalar və güzəştlər tətbiq edilməklə az gəlir vergisi tutulub, Komitənin məsul şəxslərinə artıq ezamiyyə xərcləri ödənilib, tədbirdə iştirak etmək üçün ezam olunmuş əməkdaşların gündəlik xərcləri və aviabiletin dəyəri qarşı tərəfdən qarşılandığı halda vəsait xərc edilib, əsas olmadan ezamiyyə günləri və ezam olunan işçilərin sayı artırılaraq əlavə büdcə vəsaiti sərf edilib.

Beynəlxalq tədbirlərin keçirilməsi zamanı Komitənin təsdiq edilmiş illik iş planında, habelə tədbirlər üzrə tələb olunan vəsaitlərin bölgüsündə nəzərdə tutulmadığı halda bəzi şəxslərin aviabilet, mehmanxana xərcləri, habelə xarici ezamiyyə xərcləri üzrə gündəlik normadan artıq vəsait ödənilib, tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gələn nümayəndə heyətinə ziyafətin verilməsi, dəvət olunan qonaqların viza xərclərinin ödənilməsi zamanı artıq xərclərə yol verilib, tədbirlə bağlı cəlb edilmiş nəqliyyat vasitələrinə görə müvafiq sənədlər təqdim edilmədiyi halda vəsait xərc edilib.

Komitənin 2018-ci il 01 iyul tarixinə 2013-2017-ci illərdə yaranmış böyük həcmdə debitor borcları olub. Bu borclar qeyd edilən illərdə tədbirlərin keçirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi üzrə yaranıb və onların bağlanması istiqamətində tədbir görülməyib.

Hesablama Palatasının Kollegiyası Komitə tərəfindən audit dövründə dövlət büdcəsinə ödəmələr nəzərə almaqla yol verilmiş digər nöqsanların aradan qaldırılması barədə qərar qəbul edib, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib. 

Məqalədə : Hesablama Palatası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2542

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2365

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1790

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1499

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
460

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
263

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1193
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 05:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru