Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2019
15:55
2247
Vaxtından əvvəl qocalmamaq üçün 6 qida vərdişi

Cavanlıq və gözəlliyin əsas düşmənləri mətbəxdə yerləşir. İstənilən yaşda yaxşı görünmək üçün heç də həmişə kosmetik prosedurlara müraciət etmək lazım deyil. FaktXeber.com-un məlumatına görə, dietoloqlar vaxtından əvvəl qocalmamaq üçün 6 qida vərdişini açıqlayıblar.

Ərzaqları çox bişirmək lazım deyil

İstənilən tərəvəzi 20 dəqiqədən az müddətə bişirmək olar, əti isə 20-25 dəqiqəyə hazır olması üçün kiçik hissələrə bölmək olar. Belə olarsa hüceyrələr üçün əsas materiallar (zülallar, vitaminlər və minerallar) daha keyfiyyətli qalacaq. Bu isə yaşlanmanın qarşısını alır. 

Qızartmalardan imtina edin

Dağ edilmiş yağlar kanseroqenlərin yaranmasına şərait yaradır, yemək ağırlaşır və istənilən faydalı maddələr orqanizmdən «yan keçir». Kanseroqenlər isə qalaraq dərini vaxtından əvvəl qocaldır.

Buxarda ya da sobada bişirməyə üstünlük verin

Hətta yeməyi qızdırarkən belə tavadan və mikrodalğalı fırından imtina edin. Ən yaxşısı isə bir dəfəyə kifayət edəcək qədər yemək hazırlayın.

Şəkərdən imtina edin

Artıq şəkər mədəaltı vəzini  daha sürətlə çalışmasına gətirib çıxarır. Bundan başqa  şirin mühitdə  mikroorqanizmlər daha sürətlə çoxalır, bu isə immun sisteminə zərər verir.

Yeməyi çox duzlu etməyin

Duz mayeni özündə saxlayır, bu da böyrəklərin işinə mane olur.

Orqanizmə yağ vacibdir

Yağsız hormonal sistem normal işinə davam edə bilməz, dırnaq və saçın uzanması gecikəcək, dəri və damarlar elastikliyini itirəcək. Bitki özüllü rafinə olunmamış yağlar ideal hesab olunur. Onların tərkibində xolesterin yoxdur, buna görə  damarı aterosklerotik lövhələrdən xilas edir və ürək-damar sisteminin gəncliyini uzadır.

Əsas olan isə tarazlığı qorumaq lazımdır. Tərəvəz və zülalların  düzgün uyğunluğu nəinki gəncliyi uzadır, həmçinin yaxşı əhval ruhiyyəyə də səbəb olur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
183

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
284

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
224

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
169

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
187

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
145
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 21:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru