Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Mart

2019
11:01
1612
Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib

Ötən il ərzində Azərbaycanda 280 mindən çox xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılıb. FaktXeber.com-un verdiyi məlumatına görə, 2018-ci ildə dövlət hesabına 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb.

Ötən il ərzində ölkədə dövlət hesabına 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra edilib. Onların 246-sı uşaq olub.

Qeyd edək ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı artır. Bu artıma səbəb əsasən insanların həyat tərzində baş verən dəyişikliklər, risk faktorlarının artması, qidalanmada təbiilikdən daha çox süniliyə keçiddir.

Hesab edilir ki, xəstəliklərin diaqnozunun daha rahat şəkildə qoyulma imkanlarının artması da statistik rəqəmlərin nisbi olaraq yüksəlməsinə gətirib çıxarır.

Ürək qüsurları anadangəlmə və qazanılmış olur. Uşaqlar arasında ən çox rast gəlinən ürək qüsurları anadangəlmə olur. Uşaq yaşlarında anadangəlmə ürək qüsurlarına rast gəlmə tezliyi Azərbaycanda da dünyada olduğu kimidir. Bu göstəricilərə görə, 1000 diri doğulan uşağın 8-10-da anadangəlmə ürək qüsuru olur.

Məqalədə : ürək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
835

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
64

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
177

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
123
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 18:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru