Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Mart

2019
14:47
306
Ağcabədidə narkotik satan mütəşəkkil dəstə ələ keçdi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən FaktXəbər-ə bildirilib ki, Ağcabədi rayon Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyev mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olan məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq A.Tapdıqovun və Y.Hüsüyevin yaşadığı ünvana baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada çəkisi 200 qrama yaxın və 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd 7.62 kalibrli avtomat və 1 ədəd kustar üsulla hazırlanmış 16 kalibrli tüfəng gülləsi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır.

Məqalədə : narkotik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
61

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
62

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
75
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 20:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru