Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2019
16:31
AİP aclıq edən komitə sədri ilə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyası İdarə Heyəti toplanaraq qurumun Astara rayon komitəsinin sədri Ruhulla Axundzadənin aclıq aksiyası ilə bağlı bəyanat imzalayıblar. Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə daxil olan bəyantda deyilir:

“AİP Astara Rayon Komitəsinin sədri Ruhulla Axundzadənin aclıq aksiyası keçirməsi partiyada və ümumən cəmiyyətdə, xüsusən R.Axundzadənin ailəsində ciddi narahatlıq yaratmışdır. R.Axundzadə artıq 8 ildir ki, Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayır. Qondarma, ağıla gəlməyən ittihamlarla müttəhim kürsüsünə əyləşdirilən R. Axundzadənin qanunsuz və tamamilə haqsız və ədalətdən kənar yanaşma ilə həbsi ailəsində, özündə və yaxınlarında, onu tanıyan hər kəsdə, əqidə dostlarında hər an qəzəb və hiddət doğurmaya bilməz. Ruhulla Axundzadə özü, ata-babası ruhani həyat tərzini yaşamışlar. Adəti üzrə ruhani təmayüllü insanlar üzlərini ülgüclə təraş etməyi dinimizin göstərişlərinə rəğmən məqsədəuyğun hesab etməzlər. Məhz Ruhulla Axundzadə də eyni zamanda cəzaçəkmə müəssisəsinin qaydalarına uyğun olaraq uzun saqqal saxlamamışdır. Buna baxmayaraq, müəssisə rəhbərliyi R.Axundzadəyə üzünün tam təraş olunmasına məcbur etməklə ciddi rejim tətbiq etmişdir. Buna etiraz olaraq Ruhulla Axundzadə aclıq aksiyasına başlamışdır. R.Axundzadə bəlli ürək xəstəsidir. O, Penitensiar Xidmətin mərkəzi müalicə müəssisəsində dəfələrlə ciddi müalicə qəbul etsə də, sağalma ehtimalı çox cüzidir. O, hər an xəstəliyinin ağır fazasını keçirməklə həyatını itirə bilər. R.Axundzadəyə ciddi səbəb olmadan ağır rejim tətbiq olunması həyatını təhlükə altına atmaqla qəddarlıq nümunəsi kimi qiymətləndirilməlidir. 

Azərbaycan İslam Partiyası bəyan edir ki, həbsxanalarda məhbus həyatı yaşayan islamçılar siyasi və vicdan məhbuslarıdır. Amma onlara qarşı bu gün tətbiq edilən dözülməz şərait siyasi məhbusların azad edilməsi, məhbuslara humanitar yanaşma, həbsxanalarda normal şəraitin və məhbuslara qarşı insani münasibətlərin yaxşılaşdırılması iddiası ilə qəti şəkildə uzlaşmır və kəskin ziddiyyət təşkil edir. Hesab edirik ki, vicdan məhbusu Ruhulla Axundzadə ona həyati təhlükə yarada biləcək ciddi rejimin tətbiqi və aclıq aksiyasının keçirilməsinə səbəb olan addımlar dayandırılmalıdır. 

Respublika Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi bu əziz bayram günlərində məhbusların, o cümlədən Ruhulla Axundzadənin özünün və ailəsinin ciddi narahatlığını və ağır nəticə verə biləcək yanaşmanı nəzərə alaraq operativ tədbir görülməsini zəruri hal kimi qiymətləndirməlidir."

Məqalədə : Ruhulla Axundzadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
199

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
311

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
247

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
544
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 20:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru