Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2019
15:39
995
Şəkinin su və kanalizasiya sistemi yenilənir

Qədim tarixə və böyük turizm potensialına malik Şəki şəhərində əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası sürətlənmdirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihənin növbəti mərhələsində yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək. Layihənin icra vəziyyəti və görüləcək işlər Şəki şəhərində keçirilmiş təqdimatda geniş müzakirə olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin, “Azərsu” ASC-nin, məsləhətçi və podratçı şirkətlərin  nümayəndələrinin iştirak etdiyi tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, bu layihə əhalinin sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşması və məşğulluğunun təmin olunması  baxımından mühüm əhəmiyyət daşıyır.

 “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını xatırladaraq Şəki şəhərində layihənin birinci mərhələsi üzrə işlərin uğurla yekunlaşdığını vurğulayıb.

Təqdimat zamanı məlumat verilib ki, “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq.

Layihənin birinci mərhələsində əhalini  dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib. Eyni zamanda şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsi yaradılıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

Şəki şəhərinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün 15 yeni subartezian quyusu qazılacaq. Artezianların dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə generator stansiyası quraşdırılacaq. Su mənbəyi ilə anbarların əlaqələndirilməsi məqsədilə ümumi uzunluğu 4 km olan toplayıcı su kəmərləri inşa ediləcək.

Şəhər ərazisində içməli su və tullantı su şəbəkələrinin də tikintisi davam etdiriləcək. Cari ildə 30 km içməli su və 30 km kanalizasiya şəbəkələri inşa olunacaq. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində “Şəki Sukanal” TSC üçün müasir tipli yeni inzibati bina tikiləcək.

Layihəyə əsasən, ümumilikdə Şəki şəhərində 22 min kubmetr tutumu olan 21 su anbarının, 314 km içməli su və 294 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.

Məqalədə : Şəkin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
166

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
253

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
209

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
155

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
172

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
133
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 17:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru