Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2019
15:22
1902
AQTA maarifləndirir - Bayramda necə qidalanmalı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Bayramda qidalanma” haqqında olacaq.

Bayramda necə qidalanmalı?

Novruz xalqımızın dərin tarixi keçmişə, ənənələrə malik, sevərək qeyd edilən bayramlarındandır. Bu bayram eyni zamanda zəngin süfrəsi, müxtəlif simvolik mənalar daşıyan şəkərli un məmulatları, şirniyatları ilə tanınır. Novruz bayramı dedikdə ağıla ilk gələn müxtəlif çərəzlər, quru meyvələr, boyanmış yumurtalar və dadlı şirniyyatlarla bəzədilən bayram xonçası olur.

Bayram xonçasında olan şirniyyatlara nəzər yetirsək görərik ki, bu şirniyyatların tərkibi qoz və ya fındıq əzməsi ilə şəkər tozu əlavə edilmiş içliklərlə hazırlanır. Bundan başqa süfrələrin bəzəyi olan paxlavanın hazırlanmasında da bu içliklə yanaşı şəkərli və ya ballı şərbətdən də istifadə edilir. Hazırlanmış bu şirniyyatlar yüksək kalorili olduğundan təzyiq və şəkər xəstəliyi olan insanlar üçün  təhlükəlidir. Xüsusilə gün ərzində hər üç şirniyyatın eyni zamanda istehlakı tövsiyə olunmur. Çünki belə olduğu təqdirdə orqanizm yüklənir, mədə-bağırsaq sistemində pozulmalar müşahidə edilir, həzm prosesinin sürəti zəifləyir. Bayram günləri qoğal üçün hazırlanan içliyə əlavə edilən müxtəlif ədviyyatlar mütəmadi olaraq istehlak edildikdə allergik təsirə malik ola bilər.

Bayram xonçalarımızın digər bəzəyi isə müxtəlif  növ çərəzlərdir. Buraya gərzəkli meyvələrdən qoz, fındıq, badam, püstə, iydə və şabalıd daxildir. Ümumiyyətlə gərzəkli meyvələrin tərkibi 30-70% yağla zəngindir. Adətən müxtəlif bayram təamlarının qəbulundan sonra çərəzlərdən  gün ərzində 1 ovucdan artıq istehlak etmək tövsiyə olunmur.

Bundan başqa uşaqların sevincinə səbəb olan bayram adət-ənənələrimizdən  biri də yumurta döyüşdürməkdir. Belə ki, bayram günlərinin daha şən və əyləncəli keçməsi üçün rəngarəng boyanmış yumurtalar hazırlanır. Çalışmaq lazımdır ki,  yumurtaların boyanması zamanı təbii qida boyalarına üstünlük verilsin. Bəzək məqsədilə yumurta boyanmasında istifadə edilən süni qida boyaları, müxtəlif yapışqanlı kağızlar yumurtanın qaynama prosesində gözcüklərdən daxilə nüfuz edərək müxtəlif miqyaslı zəhərlənmələrə səbəb ola bilər. Bundan başqa bişirilmiş yumurtaların bayramdan sonra otaq temperaturunda  xonçada saxlanılması da yolverilməzdir. Yaxşı olar ki, həmin yumurtaları soyuducuda saxlanılsın və bişirilməzdən əvvəl ailə üzvlərinin istəyinə, sayına uyğun olaraq hazırlansın.

Yuxarıda qeyd olunan məqamlardan başqa bayram günlərində süfrələrimiz müxtəlif qazan yeməkləri, ət qovurmaları, dolma, müxtəlif tərəvəzli salatlar ilə də zəngin olur. Yaxşı olar ki, salatların hazırlanmasında mayonez və ya yüksək yağlı xamaları təmiz zeytun yağı ilə əvəz edilsin. Mayonezlə hazırlanmış salatların saxlanılmasına xüsusi diqqət etmək lazımdır. Bişirilmiş tərəvəzlərdən hazırlanmış salatlar hazırlandıqdan dərhal sonra  bir neçə saat içərisində istehlak edilməlidir. Əgər bayram yeməklərindən artıq qalarsa, yeməklərin otaq temperaturunda deyil, soyuducuda saxlanılması tövsiyə edilir. Yeməklərin saxlanıldığı qabların materialı da nəzərə alınmalıdır. Belə ki, əgər plastik qablardan istifadə ediləcəksə, qablaşma üzərində materialın insan orqanizmi və sağlamlığı üçün təhlükəsiz olduğunu göstərən qədəh və çəngəl işarəsinə xüsusi diqqət edilməlidir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik edir, xalqımıza sülh və əmin-amanlıq arzulayır.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
237

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
275

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
80

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
121

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 11:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru