Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2019
14:46
1256
Ekologiya postunda vəziyyət dəyişibmi? - VİDEO

Bir neçə gün öncə saytımızda DYP Ekologiya postunda sürücülərin qanunsuz olaraq saxlanıldıqları, onlara  protokollar yazıldıqları, daha sonra bu protokollara şikayət əsasında xitam verilməsi ilə bağlı məqalə dərc etmişdik. 

Məsələnin bu qədər ictimailəşilməsindən sonra fikirləşirdik ki, yəqin həmin hal aradan qalxar, DYP əməkdaşları bundan ibrət götürərlər. Amma daha bir sürücü sosial şəbəkələrdə videogörüntü paylaşıb.

FaktXəbər-in məlumatına görə, bu gün - 19 mart, saat 09:22 radələrində sürücü yenə sağ zolaqla hərəkət edir, daha sonra isə sol zolağa doğru yerdəyişmə edir. Bunu görən əməkdaş isə təhlükəsizlik adasından yolun hərəkət zolağına doğru hərəkət edir. Sürücü də avtomobili saxlayır. Əməkdaş 1 dəqiq 15 saniyə gözlədikdən sonra sürücüyə yaxınlaşır və ona "saxlama" əmri vermədiyini, "hərəkəti sürətləndirmək" əmri verdiyini bildirir.

Havanın yağışlı olduğunu və yolun da boşluğunu nəzərə alaraq, DYP əməkdaşının sürücüyə "sürəti artır" əmri verdiyi məntiqli görünmür. Bundan əlavə, sürətin artırılması lazım gələrdisə, qarşıda dayanan DYP əməkdaşlarının da bunu edə biləcəyi daha doğrudur. Amma əmri verən polis əməkdaşının arxa tərəfdən çıxaraq əvvəl "saxla" əmri verilən formada əlindəki jezli avtomobilə tərəf uzadır, amma sonradan videoregistri görərək fikrindən daşınır.

Onun sonradan avtomobilə yaxınlaşaraq, "saxlama" əmri deyil, "sarəti" artır əmri verdiyini söyləyir. Onun bu sözləri də doğru deyil, ya da o qanunu bilmir Çünki " Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu"nun 58-ci maddəsində bildirilir: ""Sürəti artırın" siqnalı nizamlayıcı əli ilə üfiqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir." Polis əməkdaşının dediyinin əksinə olaraq isə, onun əl hərəkətləri "sürəti azalt" əmrinə bənzəyir. Qanunun eyni maddəsində yazılır: ""Sürəti azaldın" siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətini azaldılmasını tələb edir;"

Videogörüntünü siz oxuculara təqdim edirik. 

Məqalədə : ekologiya postu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
23

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
210

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
23

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
29

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
57

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
33

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 15:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru