Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2019
10:59
705
Keyfiyyətsiz və saxta dərman gətirənlərin işi çətinləşir

Azərbaycanda keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışına qarşı mübarizə gücləndirilir. FaktXəbər-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 38-ci maddəsinə (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) edilən dəyişikliyə əsasən, keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışı da inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilən hallar sıyahısına daxil edilir.

Belə ki, hazırda dərman vasitələri ilə bağlı inzibati xəta törədildiyi gündən üç ay keçəndən sonra şəxs məsuliyyətdən azad olur.

Məcəlləyə dəyişikliyin məqsədi keyfiyyətsiz və saxta dərman vasitələrinə qarşı mübarizənin səmərəliliyini artırmaqdır. Belə ki, üç ay müddəti dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətaların araşdırılması üçün yetərli olmadığından layihədə həmin inzibati xətalar üzrə müddətin bir ilədək uzadılması təklif olunur.

Məqalədə : saxta dərman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
77

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
75

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
87
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 21:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru