Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2019
15:18
1792
Qəhvədə prostat xərçənginin dərmanı tapılıb

Yaponiyanın molekulyar  bioloqları qəhvə dənələrində prostat xərçənginin müxtəlif tiplərini, o cümlədən çarəsi olmadığı sanılan növlərinin  inkişafını yavaşladan, hətta dayandıran maddələri aşkarlayıblar. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, onlar bu barədə Barselonada  Avropa Uroloqiya Asossasiyasının  Konqresində bəyan ediblər.

«Bu, çox vacib və maraqlı ixtiradır, lakin insanları qəhvə içməyə məcbur etmək lazım deyil. Bu içkinin müsbət olduğu kimi mənfi xüsusiyyətləri də var. Digər tərəfdən  biz iddialarımızı təsdiqləsək və bu maddələrin necə işlədiyini anlasaq, «məğlubedilməz» prostatın ilk dərmanını ala bilərik», - deyə Kanadzavı Universitetindən Atsuşi Mizokami  bəyan edib.

Qeyd edək ki, kişilər arasında şişin ən geniş yayılmış növlərindən olan prostat xərçəngi ürək-damar, ağ-ciyər xərçəngi və  melanomadan sonra ən çox ölümə səbəb olan xəstəlikdir. ÜST-ün məlumatına görə 65-70 yaşdan sonra hər 7-ci kişi xərçənxgin bu növündən əziyyət çəkir. Xəstəliyin digər növlərində olduğu kimi, bunda da pasiyentin həyatı onun nə qədər tez müəyyən olunmasından asılıdır. 

Tibb işçilərinin sözlərinə görə,prostat xərçənginin statistikası ilə bağlı məlumat toplanarkən qəhvə sevərlərin  digərlərinə nisbətən şişin bu növündən 11 faiz az əziyyət çəkməsi onların diqqətini cəlb edib.

Alimlər dərhal təcrübəyə başlayıblar və məlum olub ki, qəhvədə olan iki  maddə –kafestol və kaveol güclü xərçəng əleyhinə xüsusiyyətə malikdirlər. Onların kambinasiyası prostat xərçənginin ən «məğlubedilməz» növlərinin  inkişafını iki dəfə azaldıb. Bundan başqa, bu birləşmələrin yüksək konsentrasiyası şişin daha az dözümlü növünün hüceyrələrini məhv edib.

Onların necə işlədiyini alimlər hələ müəyyən edə bilməyiblər,bununla belə ən yaxın vaxtlarda bu maddələrin fəaliyyət sirini açmağı planlaşdırırlar.

Məqalədə : Qəhvə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
238

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
275

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
80

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
121

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 11:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru