Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2019
15:24
830
İsmayıllıda yeni xalça istehsalı emalatxanası tikilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 avqust 2018-ci il tarixli sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon (iki milyon dörd yüz min) manat vəsait ayrılıb.

Ötən ilin sonlarında İsmayıllıda “Azərxalça”nın yeni filial binasının tikintisinə başlanılıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, martın 15-də Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov İsmayıllıda tikinti işlərinin gedişi ilə maraqlanıb.

"EL-SEYM İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən binada tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Xalça istehsalı emalatxanasının 2019-cu ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

Baxış zamanı tikinti işlərinin daha da sürətləndirilməsi və keyfiyyətlə aparılması barədə tapşırıqlar verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
323

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
220

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
203

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
233

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
221

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
290

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
232

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
246

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
251
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 19:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru