Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
21:28
2417
Ekologiya postundakı DYP əməkdaşları qanunu bilmir? - VİDEO

Bir neçə müddətdir sosial şəbəkələrdə Dövlət Yol Polisi idarəsinin Ekologiya postunda sürücülərə qarşı haqsızlıq olunması barədə məlumatlar yazılırdı. Məsələ bundadır ki, Yol hərəkəti haqqında qanunun 49-cu maddəsinin I bəndin rəhbər tutub ən sağ zolaqla gedən sürücülər Sumqayıt şəhəri istiqamətində getmək istəyərsə təbii ki, sol zolağa yerdəyişmə etməlidirlər. Yolun asfalt örtüyündə də posta bir neçə metr qalmış sağdan iki zolağın, ancaq sağa getməyə icazə verdiyini bildirən 1.18 nişanlanması var. Amma belə yollarda həmin nişan yuxarıdan asılmış 5.8.1 nişanı ilə birgə tətbiq olunmalıdır ki, sürücü uzaqdan gələndə hansı zolağın hansı istiqamətdə getməyə icazə verdiyini bilsin. Həmin posta yaxınlaşan zaman da bu nişanı görəndən sonra düzünə getmək istəyən sürücülər sol zolağa doğru yerdəyişmə edirlər. Həmin hissədə də 1.5 nişanlanma xəttidir (qırıq xətt). Qaydalar isə 1.5 xəttinin hər iki istiqamətdə kəsib yerdəyişmə etməyə icazə verir. Sosial aktiv sürücülərdən biri 24 fevral tarixində eyni cür avtomobil idarə edib və bütün bu baş verənlər onun avtomobilinə quraşdırılmış video-registrator tərəfindən qeydə alınıb. Postda Səyyad Baxışov adlı inspektor sürücüyə saxlama əmri verib. Sürücü də saxlayıb. Videonun əvvəllərində əməkdaş sürücünün qaydaları bilib onunla razılaşmadığını gördükdə, protokol yazmaq istəmir və "get, protokol evə göndəriləcək", - deyir. Halbuki bu qanunla qadağandır. Əgər həqiqətən qayda pozuntusuna görə sürücü saxlanılıbsa, ona protokol yerində tərtib olunmalıdır. Bundan sonra sürücü təkid edir ki, ona protokol yazılsın, amma qərar verilməsin. Səyyad Baxışov da ona İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən protokol tərtib edib. Daha sonra sürücü elektron qaydada DYP rəhbərliyinə protokoldan şikayət edib. DYP rəhbərliyi isə Ekologiya postundan yolu çəkən kamera görüntülərinə baxdıqdan sonra protokola xitam verildiyini bildirən cavab məktubu göndərib. Yəni inspektorun protokolu haqsız yazdığını bildiriblər. Amma maraqlısı odur ki, cavab məktubunda işində nöqsanlara yol verən bu inspektor haqqında hansısa tədbir görüldüyü bildirilməyib. Sürücü daha sonra bu videonu sosial şəbəkələrdə ictimailəşdirib. Bundan sonra məlum olub ki, eyni gündə elə həmin postda Elvin Abdinov adlı inspektor tərəfindən başqa bir sürücüyə də protokol tərtib olunub və o protokola da şikayət əsasında xitam verilib. Hər iki video sosial şəbəkələrdə ictimailəşdiriləndən sonra videoların rəy bölməsində bir çox vətəndaşlar onlara qarşı həmin yerdə protokol yazıldığını qeyd ediblər. Bütün bu videoların sosial şəbəkələrdə ictimailəşməsinə baxmayaraq, əməkdaşlar hələ də bu qanunsuz əmələ davam edirlər. Belə ki, yenə başqa bir sürücünü də eyni səbəbə görə oradan saxlanılması barədə videogörüntü paylaşılıb. Əməkdaş qanunazidd iddia irəli sürdükdən sonra sürücü ona daha əvvəl bu iddiaya görə tərtib olunmuş protokola DYP rəhbərliyi tərəfindən xitam verildiyi barədə cavab məktubunu təqdim edir. İnspektor da məktub oxuyandan sonra sürücüyə qaytarıb hətta "yaxşı yol" belə demədən, uzaqlaşır. Sürücü onun bu əməlinə də etiraz edir. 

Başqa bir neçə sürücü də video-registrator vasitəsi ilə çəkilən belə videoları sosial şəbəkələrdə paylaşaraq bu hala görə orada qanunazidd olaraq saxlanıldıqlarını göstəriblər. Hətta onların içində Yol hərəkəti qaydalarından nəzəri dərs keçən bir xanım müəllimə də var. Təsəvvür edin ki, qaydalardan dərs keçən müəlliməni inspektor saxlayır və qayda pozmadığı halda onun qaydaları pozduğunu iddia edir. 

Məsələnin bu qədər kütləvi ictimailəşdiyini görə hüquqşünas, yol hərəkəti təşkili üzrə ekspert Ərşad Hüseynov da öz facebook profilində məsələyə münasibət bildirib. Onun statusunu olduğu kimi paylaşırıq: "Son günlər tez-tez yayılan DYP əməkdaşları ilə dialoq videolarına baxıb bir məqamın dəqiqləşdirilməsinə ciddi ehtiyac olduğunu gördüm. Videolardan görünür ki, DYP əməkdaşları yolayrıcına yaxınlaşan və hələ 1.1 bütöv xətti olmayan yerdə yerdəyişmə edən sürücülərə "1.18 xəttinin tələbini pozmaya" görə cərimə yazmaq istəyir. Bəri başdan deyim ki, bu tamamilə yanlışdır. Söhbət 1.18 nişanlanmasının (asfaltdakı oxların) tətbiqindən və tələbindən gedir. Bunu dəqiq bilmək ilk növbədə DYP əməkdaşlarına, həm də elə sürücülərə lazımdır. YHQ-nin 69-cu maddəsinin VI hissəsinin 18-ci bəndinə əsasən, 1.18 oxları yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir. Hazırda qüvvədə olan standarta əsasən, bu nişanlanma yolayrıcı qarşısında bir birindən 20-30 metr aralı olmaqla 2-3 dəfə təkrarlanaraq çəkilməlidir. Belə yolayrıcı qarşısında zolaqlar üzrə yerdəyişməni qadağan etmək üçün zolaqlar arasına 20-40 metr məsafədə 1.1 bütöv ağ xətt də çəkilməlidir. Belə halda yolayrıcına ən yaxın 1.18 oxu həmin bütöv xəttin başlanğıcında çəkilməlidir. Yəni yolayrıcına yaxınlaşanda son gördüyümüz 1.18 oxu yolayrıcından 20-40 metr aralı, ondan əvvəlkilər isə yolayrıcından daha uzaqda (təxminən 40-70, 60-100 metrdə) olacaq.

Təbii ki, yolayrıcından uzaqdakı 1.18 oxları olan yerdə zolaqlar arasında 1.5 qırıq-qırıq xətti olacaq. Əsas vurğulamaq istədiyim də odur ki, sürücünün qarşısına ilk çıxan 1.18 oxları olduğu yerdə onun üçün heç bir məcburi tələb irəli sürmür. Sürücü həmin yerdə 1.5 xəttini manevr qaydalarına uyğun istənilən tərəfə kəsib keçə bilər. Bu, qayda pozuntusu deyil və əslində sürücüyə qabaqcadan deyir ki, yolayrıcında fərqli istiqamətə gedəcəksənsə, buyur, indidən zolağını dəyiş. Beləliklə, 1.18 oxu müvafiq hərəkət zolağında olan sürücünü YALNIZ YOL AYRICINDA oxda göstərilən istiqamətdə (istiqamətlərdə) getməyə məcbur edir. Sadəcə yolayrıcına 20-40 metr qalmış artıq bütöv xətt başladısa, zolaqda yerdəyişmə də qadağandır. Ona görə də bütöv xətlərin arasına daxil olana qədər zolaqlarda yerdəyişmə tam qaydalar çərçivəsindədir. Həm də nəzərə alaq ki, yolayrıcında hərəkət istiqamətləri zolaqlar üzrə paylanırsa, 5.8.1 və ya 5.8.2 nişanı qa qoyulmalıdır. Yəni 1.18 oxları bu nişanları tamamlamalıdır. Hər kəsə uğurlar və diqqətli olmağı arzulayıram." 

Məqalədə : ekologiya postu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
42

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
215

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
27

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
31

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
58

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
34

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 15:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru