Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
13:54
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXeber.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
153

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
240

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
478
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 14:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru