Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
12:29
355
Azərbaycan və İran sərhədindəki problemlər aradan qaldırılır

“Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələrindəki problemlərin bir qismi həllini tapıb”.

Bunu Bakıda keçirilmiş Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclasından sonra jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bundan sonra Bakıdan Naxçıvana gedən avtobusların yük yerləri həm Astarada, həm də Culfada bloklanacaq: “Bununla da, vətəndaşlarımız muxtar respublikaya daha rahat gedib-qayıdacaqlar”.

Bundan başqa, Şahin Mustafayevin sözlərinə görə, İran tərəfi Azərbaycana məxsus yük daşıyıcılarına tətbiq etdiyi zəmanət haqlarının məbləğin azaldacaq. İslam respublikasından Avropa ölkələrinə daşınan yüklərin isə bir hissəsi Naxçıvan ərazisindən keçəcək.

“Bundan başqa, sərhəd-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı da razılıq əldə etmişik”, - o əlavə edib.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
77

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
75

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
87
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 21:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru